DİQQƏT! Marketlərdə saxta şəkər qatılan məhsullar satılır, Xərçəng yaradır! #demədidemə #sağlamlıq

Paylaş
5 İzlenme
4 Saat Önce

DİQQƏT, Marketlərdə saxta şəkər qatılan məhsullar satılır, Xərçəng yaradır!!!

Marketdən aldığınız məhsulların üstündəki etiketləri oxuyursunuz? Məsələn; narşərabın, saqqızın, sendviç çörəyinin, qatığın, vaflinin, şirəli içkinin, fıstıq əzməsinin, şokoladın, ketçupun etiketlərinə baxın. Tərkiblərində qarğıdalı siropu, qlükoza siropu, fruktoza, nişasta əsaslı şəkər, süni dadlandırıcı, hidrolizə edilmiş nişasta, şəkər qamışı kimi maddələr var… Bunların əksəriyyəti orqanizmdə yağa çevrilən toksik məhsullardır.
Mütəxəssislər illərdir ki, həyəcan təbili çalır: “Paketlənmiş qidaların əksəriyyətində xərçəng əmələ gətirən saxta şəkər var”.
Elə bir dövrə gəlib çatmışıq ki, tərkibində şəkər əlavəsi olmayan məhsul tapmaq mümkünsüzdür. Və bu şəkər əlavələri orqanizmdə asılılıq yaradır. Saxta şəkərli məhsulların market rəflərinə ayaq açmasının tarixi 1980-ci illərdən başlayır. O vaxtdan bəri, artıq 40 ildir ki, xərçəng xəstələrinin, köklükdən əziyyət çəkənlərin, ürək-damar problemi yaşayanların, damar tıxanıqlığı ilə üzləşənlərin, iflic keçirənlərin sayı günbəgün artıb və artmaqdadır.
Qarğıdalı siropu normal şəkərdən daha ucuz əldə edilir. Təbii ki, istehsalçılar minimal xərc-maksimum qazanc prinsipini əsas tutanda, qarğıdalı siropu ən uyğun seçimdir. Həkimlərsə qarğıdalı siropunun ürək-damar sistemini təhdid etdiyindən əmindirlər. Qarğıdalı nişastası emal prosesində qlükozaya və fruktozaya çevrilir. Bu da şəkər çuğundurundan şəkər əldə etməkdən ucuz və tez başa gəlir.
Dünya üzrə qarğıdalı siropunun qida sektorundakı istifadəsinə dair ictimaiyyətə açıqlanan statistika da var: ABŞ-2%, Almaniya-8%, Fransa-5% və s. Qarğıdalı siropu, ən bəsit ifadəylə, doymaq bilməyən gombullar yaradır.
Şəkər çuğundurundan əldə edilən şəkərin 50%-i qlükoza, 50%-i fruktozadır. Qarğıdalı siropunda isə 20% qlükoza, 80% fruktoza var. Fruktoza qüvvətli dadlandırıcıdır. Orqanizmə daxil olan fruktoza mənimsənilərək qaraciyərə gəlir. Metabolizə edilməkçün insulinə ehtiyac duymur. Sürətlə triqliseridə çevrilib yağ şəklində orqanizmdə depolanır.
Həddən artıq fruktoza qəbul edən insanlarda köklük, diabet, qaraciyər yağlanması, yüksək təzyiq, ürəyin koronar xəstəliyi yaranır, qanda yağın səviyyəsi artır. Fikir versəniz, son 30 ildə insanların sürətlə kökəldiyini anlaya bilərsiniz. Sanki insanlar arasında köklük epidemiyası yayılır…
Köklük nəticəsində insulin müqaviməti yaranır. Ardınca reaktiv hipoqlikemiya peyda olur. Bu zaman insan aclıq duyğusundan əziyyət çəkir. Gedib-gəlib yesə də, doymur. Çox yemək isə kökəldir.
Tərkibində daha çox saxta şəkər olar məhsullardan bir neçəsini misal çəkim:
-biskvitlər;
-şirin, qazlı içkilər;
-şokoladlar;
-konfetlər;
-xəmirdən hazırlanan şirniyyatlar;
-kekslər;
-tortlar;
Bu cür hazır məhsulları alarkən etiketinə baxsanız, tərkibində nişasta əsaslı şəkər olduğunu oxuya bilərsiniz.
Kimyəvi adı “aspartil-phenylalanine-1-metil ester” olan aspartam və şəkər surroqatı sayılan saxarin də meyvə şirələrində, dondurmalarda, marmeladlarda, halvalarda istifadə edilir. Aspartam təbii şəkərə nəzərən 200 dəfə daha dadlıdır. Onun hipoqlikemiyaya səbəb olduğunu özünüz də düşünə bilərsiniz. Xüsusilə, Uzaq Şərq mətbəxi təklif edən restoranlarda mononatrium qlutamat istifadə edilir. Məqsəd, el dilində desək, bir yeyənin bir də yemək istəməsidir. Mononatrium qlutamat da ürəyin düşmənidir.

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması