Acqarına 1 XURMA Yemək Hansı Xəstəlikləri Sağaldır?

Paylaş
4 İzlenme
7 Saat Önce

#BirBax #xalqtəbabəti #xurma

Baxın, əlimdə gördüyünüz bu 3 ədəd xurmanın böyrək daşı, mədə xorası, qan azlığı, qəbizlik kimi 10-larla xəstəliyi sağaltdığını bilirsizmi? Bu gün sizə xurmanın faydaları ilə yanaşı əsas olan xəstəliklər zamanı istifadəsindən danışacam. Diqqətiniz məndə olsun.

Dəyərli dostlar, bu cür faydalı videoların daha çox baxılması sizin əlinizdədir. Elə indi bəyən düyməsinə basıb, kanalımıza abunə olsanız, bu cür faydalı videoların sayı çox olacaq.

Yalnız xurma yeyib, üstündən su içməklə yaşamağın mümkün olduğunu bilirsizmi? Rasionlarının əsasını xurma təşkil edən qədim ərəblər inanırdılar ki, meyvənin tərkibində insan üçün lazım olan bütün maddələr var. Xurmanı acqarına yemək faydalıdır. 100 qr xurmada, təxminən, 281 kilokalori və xeyli miqdarda şəkər var. Bu da orqanizm, xüsusilə, beyin üçün ideal enerji mənbəyidir. Xurmanın tərkibindəki liflər toksinləri və zərərli maddələri bədəndən effektiv şəkildə çıxarır. Pəhriz üçün ideal olan xurma aclığı qısa müddətdə dəf edir, öynələrarası zaman ərzində insanı tox saxlayır. Faydalı maddələrlə zənginliyi sayəsində uzun yol boyunca və ya ağır fiziki işlə məşğul olduğunuz günlərdə xurma orqanizminizin ən yaxşı dostu olacaq!

Bəs xurma xəstəliklər zamanı necə istifadə olunur? Gəlin ondan danışım.

Böyrəkdə daş varsa. Üyüdülmüş xurma çəyirdəyi tozundan istifadə etməklə böyrək daşından yaxa qurtara bilərsiniz. 6 xurma çəyirdəyini üyüdün, üzərinə yarım litr su əlavə etdikdən sonra vam odun üzərinə qoyun. 10 dəqiqə qaynadın, ocaqdan götürün. Soyuyanda cuna ilə süzün. Hazır məhlulu gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl qəbul edin. Müalicə kursu bir neçə həftədir. Unutmayın: məhlul hər dəfə təzə-təzə hazırlanmalıdır;

Mədə xorası zamanı. Xurma tərkibindəki qlütamin turşusu sayəsində mədə xorasına yaxşı təsir edir. Mədə yanmasına səbəb olan mədə turşusunu effektiv şəkildə aradan qaldırır. Rahatlanmaq üçün 3 gün ard-arda səhər 3 xurma yemək kifayətdir;

Xolesterin əleyhinə. Gündə 100 qramadək xurma yemək qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir. Nəticədə, qan damarları təmizlənir, aterosklerotik lövhələrin meydana gəlməsinin qarşısı alınır;

Qəbizlik zamanı. 10 ədəd xurmanı axar suyun altında yuyun, çəyirdəklərini çıxarıb lətini əzin, xəmir halına salın. Yaranan kütlənin üzərinə 1 xörək qaşığı kərə yağı, 1 xörək qaşığı üyüdülmüş qara istiot əlavə edin, qarışdırın. Həzm prosesini aktivləşdirən qarışımı səhər acqarına qəbul etmək lazımdır;

Soyuqdəymə, quru öskürək, boğaz ağrısı zamanı. 10 xurma götürün, yaxşıca yuyun, qurudun, üzərinə yarım litr su tökün və vam odun üzərinə qoyun. 1 saat qaynadın, ocaqdan götürün və süzün. Hazırlanmış qarışım isti-isti qəbul edilir. Eyni prinsipdən istifadə edərək, 1 stəkan təzə inək südündə bir neçə xurma qaynatmaq olar;

Anemiya zamanı. 10 təzə xurmanı 1 litr sterilizasiya edilmiş kərə yağlı bankaya qoyun. Üzərinə 1 çay qaşığı zəncəfil, 1 çimdik hil və 1 çimdik zəfəran əlavə edin. Bankanın ağzını bağlayın, 1 həftə qapalı, isti yerdə saxlayın. Sonra hər gün səhər tezdən 1 xurma yeyin. Bu vasitə hamiləlik zamanı anemiya, xroniki yorğunluq sindromu və səhər ürəkbulanması ilə effektiv mübarizə aparır;

Həzmsizlik zamanı. Dərmanı hazırlamaq üçün 5 xurma götürün, yaxşıca yuyun, qurudun. Üzərinə 1 stəkan su tökün, vam odun üzərinə qoyun, 20 dəqiqə qaynadın. Ocaqdan götürüb soyudun, meyvələrin çəyirdəklərini çıxarın. Lətli hissəsini doğrayın və bir az şəkər əlavə edin. Alınan qarışıma 1 stəkan qaynadılmış düyü qarışdırıb desert kimi gündə 1 dəfə istifadə etmək lazımdır. Sizə mədə-bağırsaq xəstəliklərinin öhdəsindən gəlməyə və həzm proseslərini normallaşdırmağa kömək edəcəkdir;

Mədəaltı vəzin sağlamlığı üçün. Mədəaltı vəzinin təmiz qalması üçün 2 həftə səhərlər acqarına xurma yemək məsləhət görülür. Sadəcə, istifadədən əvvəl xurmalar yuyulmalı və çini qabların üzərinə qoyulmalıdır. Gecə ərzində mədəaltı vəzi təmizlənir və xurma qəbulu onun sonrakı gündə çirklənməsinin qarşısını alır;

Gücləndirici vasitə. Bərabər miqdarda xurma, zəncəfil kökü, darçın, qara emblika (dərman fillantusu) və bir az dəvədabanı götürün. Onları üyüdüb toz halına salın, sonra az miqdarda təbii bal əlavə edin və yaxşıca qarışdırın. Qarışımı vam odun üzərinə qoyun, üstünü örtənədək kokos südü tökün. 10-12 dəqiqə qaynadın. Soyudun və adi mürəbbə kimi istifadə edin;

İntoksikasiya, yəni mədə-bağırsaq sistemində pozulmalar zamanı. Xurmaları 1 gün suda saxlayın, sonra xurma saxlanmış suyu için. Məhlulun fəaliyyət prinsipi alkoqol nəticəsində itirilən faydalı elementlərin, xüsusilə, kaliumun bərpasına əsaslanır. Ayrıca, orqanizmin pozulmuş su-duz balansını bərpa etmək üçün hər gün 5 meyvə yemək lazımdır;

Xurmanın zərərləri və əks təsirləri

Zəngin tərkibinə baxmayaraq, hər kəs xurma yeyə bilməz. Bu meyvələr yüksək qlisemik indeksə malik olduğundan diabet xəstələri onları rasionlarından çıxarmalıdırlar. Çünki xurma istifadəsi qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinə səbəb ola bilər.

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması