DİQQƏT! Yatarkən duzlu corab geyinin - 10 İnanılmaz Faydası #demədidemə #sağlamlıq

Paylaş
5 İzlenme
1 Gün Önce

Corabları niyə duzlayaq? Həqiqətənmi, duzlu corablar xəstəliklərdən qurtulmağa kömək edir? Yoxsa mifdir?
“Xörək duzu, yaxud dəniz duzu ilə corab geyinmək sağlamlığı gücləndirir” -bu inancın kökü çox qədimdir.

Duzun faydaları

Dietoloqların xəbərdarlıqları gözardı edilməməlidir, düzdür, amma hər evdə duz olmalıdır. Norma daxilində qəbul edilən duz ürək xəstəlikləri riskini azaldır, “pis” xolesterolun səviyyəsini aşağı salır, diabet və hiperqlikemiyanın əmələ gəlməsinə mane olur. Duzun tərkibi hamıya məlumdur: natrium və xlor. Hər ikisi orqanizm üçün vacib elementlərdir. Natrium orqanizmdə su-turşu balansını qorumağa kömək edir, sinir impulslarının ötürülməsinə və əzələlərin tonusda qalmasına məsuldur. Xlor isə həzm sisteminin işini tənzimləyir.
Duz əla konservant və dad reseptorlarını qıcıqlandıran ədviyyatdır. Hamımıza duzlu yeməklər xoş gəlir, nəinki, şit yeməklər. Lakin orqanizmdə natrium və xlorun artıqlığı bəzi problemlərə səbəb ola bilər:
-təzyiq qalxır;
-insult və infarkt riski artır;
-bədəndə su yığılması başlayır ki, bu da şişkinliklə nəticələnir;
-mədədə mədə xorasından başlamış, bədxassəli xərçəng şişlərinədək müxtəlif patologiyaların əmələ gəlmə riski artır;

Duzun dərman vasitəsi kimi xaricə tətbiqindən danışacağam. Qədimdən bəri, istifadə edilən xalq təbabəti üsullarından biri duzlu corablardır. İri dənəli xörək duzu, yaxud dəniz duzu götürülür, corabın içinə səpilir, gecə geyinilir.

Duzlu corabların faydalarından danışaq.

1. Gün ərzində ayaqlarda toplanan yorğunluğu və gərginliyi aradan qaldırır. Xüsusilə, günü ayaqüstə keçirənlər və ya çox gəzənlər üçün faydalıdır. Hər corab tayına 2-3 xörək qaşığı duz səpin. Çalışın ki, corablar pambıqdan, yundan, bir sözlə, təbii materialdan, özü də, sıx toxunmuş olsun. Duza 1-2 damla efir yağı da əlavə edə bilərsiniz. Bu, duzlu corabın rahatlaşdırıcı effektini artıracaq. Axşam bu corabı geyinin, ev işlərini görün. Bu müddətdə duz öz işini görəcək-ayaqlarınızı mikromasaj edəcək. Nəticədə, ayaqlardakı akupunktur nöqtələr oyanacaq;
2. Duzlu corablar sayəsində qan dövranınız yaxşılaşacaq. Özünüzü plyajda gəzirmiş kimi hiss edəcəksiniz. Prosedur, ən azı, 10 dəq çəkməlidir. Əgər anbaan əhvalınız yaxşılaşırsa, yatanadək corabı əyninizdən çıxarmayın. Ancaq diskomfort hiss edirsinizsə, corabı soyunun. Ola bilər ki, ayağınızda açıq yara var, duz oranı acışdırır. Yara sağalanadək duzlu corablar geyinməsəniz, yaxşı olar;
3. Ayaqlardakı şişkinlikdən xilas olacaqsınız. Davamlı olaraq bu problemdən əziyyət çəkənlərə həftədə, ən azı, 2-3 dəfə duzlu corablardan istifadə etmək tövsiyə olunur. Şişkinliklərlə daha effektiv mübarizə aparmaq üçün duza sitrus meyvələrinin efir yağlarından da əlavə edə bilərsiniz. Şişkinliklərlə mübarizə üsullarından biri də, axşam saatlarında duzlu corab geyinərək evin ətrafında da olsa, piyada gəzməkdir. Duz, rahatlıq və yüngüllük hissi yaşadır, şişmiş ayaqlardan artıq nəmi çıxarmağa kömək edir. Proseduru təkrarlamaq üçün hər dəfə duzu yeniləməyə ehtiyac yoxdur. Bunun əvəzinə, duz səpilmiş corabları radiatorun üstündə quruda bilərsiniz. Yumadan və daha çox duz əlavə etmədən bu corabları 1 həftə istifadə edə bilərsiniz. Gözə çarpan effekt əldə etmək üçün, ən azı, 1 ay duzlu corab geyinmək vacibdir. Corabdan çıxan duz evdə döşəmələrin yuyulması üçün istifadə edilə bilər. Duzlu suyla yuyulan döşəmələr yeni kimi parlayacaqlar;
4. Ayaq tərləməsi azalacaq. Duzlu corablar tərləmə ilə mükəmməl mübarizə aparır. Tez-tez qapalı ayaqqabı geyinirsinizsə və ayaqların tərləməsindən əziyyət çəkirsinizsə, bu köhnə resepti sınayın. Corablarınıza duz tökün, duş qəbul etdikdən və ya ayaqlarınızı yuyandan sonra geyinin. Duz masajı ayaqlardakı nöqtələri aktivləşdirir. Duzun qoxuları və ifrazatları udmaq qabiliyyəti uzun müddət ayaqqabı geyinməyin xoşagəlməz nəticələrindən qurtulmağa kömək edir;
5. Soyuqdəymə ilə mübarizədə duz ən yaxşı “silahdır”. Özünüzü pis hiss etməyə başlamısınızsa və ya soyuqdəyməyə tutulmusunuzsa, duzlu corablar faydalı olacaq. Əvvəlcə, ayaqlarınızı isti suda vanna edin. Vannanın effektini artırmaq üçün tədricən isti su əlavə edin. Ayaq vannasını 15-20 dəqiqə həyata keçirin. Bundan sonra ayaqlarınızı diqqətlə qurulayın, duzlu corabları geyinin. İsti su torbasını ayağınızın üstünə qoyub yatın. Duz və su bu vəziyyətdə immunostimulyator kimi çıxış edəcəkdir. Nahaq deməyiblər ki, “xəstəliklər ayaqdan başlayır”. Belə ki, hipotermiya səbəbiylə ayaqlarda qan dövranı yavaşlayır və bu, avtomatik olaraq nəfəs yollarına təsir edir. Mövcud vəziyyət vazospazmaya (damar büzüşməsi), ardınca soyuqdəyməyə gətirib çıxarır. Ona görə də, soyuq mövsümlərdə, xüsusən də, soyuqdəyməyə meyllisinizsə, duzlu corablardan istifadə edin;

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması