Tez tez eyni yuxunu görmək nə anlama gəlir?

Paylaş
2,240 İzlenme
4 yıl Önce

Yuxular haqqında bugünədək aparılan araşdırmalar və tədqiqatlar müəyyən statistikanın meydana çıxmasına səbəb olub. Yuxunun mənşəyi məlum olmasa da, ardıcıllıq və ya təkrarlıq baxımından müxtəlif yuxu sinifləndirilməsi mövcuddur.
Gərgin gün keçirən, daim eyni məsələni düşünən, mənəvi cəhətdən yorğun olanlar, adətən, qarmaqarışıq və ya beyinlərindəki problemlə bağlı yuxular görürlər. Bu cür yuxular yozulmur. Çünki, bunları insan psixologiyası “yaradır”.
Qarabasma kimi olan qorxulu yuxuların açıqlaması üçün psixoanalitiklərə və ya nevropatoloqa müraciət etmək yaxşı olar. Bu cür yuxular bəzən insanın yaşadığı hansısa hadisədən, yaxud şəxsi fobiyalarından qaynaqlana bilir.
Təkrar yuxular bir növ mesaj kimidir. Onlar yuxu görənin düşüncəsində bəzən günlərlə özünə yer edir, unudulmur. Bu yuxuları yozmaq asandır. Təkrar yuxular irəlini görmək, hadisələri düzgün analiz etmək kimi bacarıqları olan insanlar tərəfindən daha çox görülür.
Əksər insanlar oyandıqdan 10 dəq sonra yuxusunu unudur. Unudulmayanlar təkrar yuxulardır. Bu yuxular qarabasma, yaxud qorxulu sayılmz. Lakin, davamlı eyni yuxunu görmək insanda anlamadığı dəhşət hissləri yarada bilir. Çox az adam təkrar yuxuları soyuqqanlılıqla qarşılayır.
Təkrar yuxu görənlər şüuraltında yuxusunu daim xatırlayır. Bəzən gündəlik həyatında yuxusundan bir iz tapmağa çalışır. Hətta, bütün ömrünü gördüyü yuxudan bir işarə axtarmaqla keçirən insanlar da var.
Təkrar yuxuların yozulması da fərqlidir. Çünki, hər dəfə hansısa incə bir detal daha qabarıq olur və buna görə də yuxunun yozumu getdikcə qarmaqarışıq hal alır. Bu qarışıqlıqdan müsbət və mənfi yozumları ayırıb seçmək mümkün olmur. Təkrar yuxunu hər görüldüyündə yazmaq da faydalıdır. Çünki, bu zaman eyni yuxunun müxtəlif kiçik detallarını müqayisə etmək, beləcə, qarmaqarışıqlıqdan yaxa qurtarmaq olar.
Təkrar yuxuların tam dəqiq elmi açıqlaması yoxdur. Lakin, elm adamları ehtimallardan da yan keçmir. Onların fikrincə, təkrar yuxular insanın şüauraltında eyni yuxunun təsirindən çıxa bilməməsidir. Yaxud, rastlaşdığı hər hadisədə yuxusunu xatırlamaq, başına gələnlərlə yuxusu arasında əlaqə yaratmaq bir insanın təkrar eyni yuxunu görməsi ilə nəticələnə bilir.
Başqa bir elmi araşdırma isə düşüncələrin yuxularda əks olunmasını istisna etmir. Yəni, insan daim nəyi düşünürsə təkrar yuxuların motivini də o, təşkil edir.
Peşəkar yuxuyozanlar təkrar yuxuların mesaj xarakterli olmasını iddia etməkdən çəkinmir. Onlar əmindirlər ki, təkrar yuxu görənlər hansısa hadisə və ya insan haqqında mesaj alırlar. Sadəcə, bu mesajı olduğu kimi dəyərləndirə bilmirlər. Ona görə də yuxulardakı mesaj öz yerinə çatmayınca təkrarlanır.
Psixoanalitiklər təkrar yuxu görənlərə məsləhət edir ki, bu cür yuxulardan yaxa qurtarmaq istəyirlərsə, öz düşüncələrinə, hisslərinə, hətta vərdişlərinə bir nəzər salsınlar. Ya qorxularını yensinlər, ya hisslərini nizamlamağa çalışsınlar, ya da utandıqları vərdişlərdən əl çəksinlər.

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması