İlham Əliyevin Rusiya səfərindən nə gözləməli? – Sevinc Telmanqızı ilə “Canlı debat”

Paylaş
2 İzlənmə
5 Gün Öncə

Moskvada Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş gündəmin əsas mövzusudur. Bu məqamda üç detal diqqət çəkdi. Xüsusən liderlər baş verən toqquşmalara toxunmadılar: mümkündür ki, qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyası olub.

Bundan əlavə, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi, Putin isə Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi. Bütün bunlar nədən xəbər verir?
Vətəndaş cəmiyyəti fəallarının telefonlarının xüsusi casus proqramı ilə izlənilməsi iddiaları da gündəm mövzularındandır. Amerikanın nüfuzlu nəşrləri Mütəşəkkül Cinayətkarlıq və Korrupsiya Layihəsinin məlumatlarına əsasən (OCCRP) yazırlar ki, İsrailin ‘’NSO Group’’ şirkəti tərəfindən istehsal olunan ‘’Peqasus’’ proqramı vasitəsi ilə bir sıra ölkələr öz vətəndaşlarını, dövlətə müxalif olanları dinləyiblər. Niyə? Səbəb nədir? Bu iddialar inandırıcıdırmı?
Sərhədlərdə atışma, Azərbaycan ordusunun mövqelərinin irəliləməsi, Amerikanın tərəflərə “Sakit olun” mesajı nədən xəbər verir? Müharibə hər an başlaya bilərmi?

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması