Gilasın Tumlarını və Saplağını NİYƏ ATMAYAQ? - Görün Nələr Edir

Paylaş
10 İzlənmə
1 Həftə Öncə

#BirBax #Gilas #Böyrək
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Onun tərkibində bu gün xərçəngin müalicəsində istifadə olunan Amiqdalin, yəni B17 vitamini var. Çoxlarımız onu sadəcə meyvə kimi tanısa da, əslində o, ən ağır xəstəliklərin müalicəsində istrifadə oluna bilirmiş. Bu gün sizə Gilas meyvəsi, saplağı və toxumları haqda heç yerdə eşitmədiyiniz məlumatlar verəcəyik. Bu videodan sonra əminəm ki, hər biriniz çox sağ olun deyəcəksiniz. Diqqət6 ekrana.

Dəyərli izləyicilər, bu kimi videoların davamı üçün videomuzu bəyənib, şərh yazıb, kanalımız abunə olmağınızı sizdən xahiş edirik. Sizin dəstəyiniz bizim üçün önəmlidir.

Gilas meyvəsinin yarpaq və toxumlarından fərqli olaraq, özünü dərman preparatı qəbul etmək olmaz. Lakin bu meyvə dərmanlarla paralel olaraq bəzi xəstəliklərin müalicəsində rahatlıqla istifadə edilə bilər.

Məsələn;

-yüksək arterial təzyiq zamanı

-damarlarda tromb olanda;

-qanda xolesterol yüksək səviyyələndə

-immunitet aşağı düşəndə;

- soyuqdəymə tez-tez təkrarlananda;

-mədə-bağırsaqda problemlər olanda bu bitkinin meyvəsindən istifadə edilə bilər.

Gilasın çəyirdəyində amiqdalin maddəsi var. Məhz çəyirdəyə acı dad verən də budur. B17 vitamini kimi məhşur olan amiqdalin son illər xərçəngin müalicəsində geniş istifadə edilir. Amma gilas çərtdəyinin təbabətdə istifadəsinin tarixi çox qədimdir. Anemiya zamanı, böyəkdə və sidik kisəsində daş olduqda və oynaq ağrılarında gilas çərtdəyindən hazırlanan məhlullardan istifadə edilib. Bu məhlulu hazırlamaq üçün 5 qram sağlam çəyirdək götürülür, üstünə 200 ml su tökülür. 15 dəqiqə vam odda dəmlənir. Gün ərzində 2 dəfə, hər dəfə 10 ml olmaqla bu məhlul içilir. Məhlulla oynaqları kompres etməklə ağrıların azalmasına nail olmaq da mümkündür.

Gilas saplaqlarını mövsümündə qurudub saxlayın. Qış aylarında bu saplaqlardan dəmlənmiş çay böyrəklər üçün çox faydalıdır. Eyni zamanda, gilas saplağı çayı sidik yollarını təmizləyir və bu nahiyələrdə infeksiya əmələ gəlməsinin qarşısını alır.

Şəkərli diabet zamanı faydalıdır. Bəli, şəkərli diabet zamanı gilas yemək qadağan edilməməlidir. Baxmayaraq ki, dadı şirindir, amma o, tərkibindəki təbii qlükoza ilə qlikemik indeksi tənzimləməyir. Şəkərli diabetdən əziyyət çəkənlər az miqdarda da olsa, gilas yeməlidir. Amma burda bir məqama xüsusi diqqət edilməlidir: diabet xəstələri yalnız və yalnız təzə gilas yeməlidir, gilasdan hazırlanan mürəbbə, kompot meyvənin özü kimi faydalı deyil...

Damarları təmizləyir. Gilasın tərkibində “kumarin” adlı maddə var. Bu maddə qanın keyfiyyətini yaxşılaşdırır. Həmçinin, tərkibindəki antioksidantlar və mineral maddələr sayəsində gilas damarları təmizləyir, qan dövranını yaxşılaşdırır, xolesterolun səviyyəsini nizamlayır, qan təzyiqini stabilləşdirir. Bununla da ürək iflicinin və infarktın qarşısının alınmasında orqanizmə kömək edir.

Mədəaltı vəzin soyuqlaması-pankreatit zamanı faydalıdır. Bilirik ki, pankreatit ciddi pəhrz proqramı tələb edir. Hətta həkimlər xəstəliyin aşkar edildiyi ilk günlərdə mütləq aclıq tövsiyə edirlər. Amma gilas bu qatı pəhrizin bir hissəsi olmamalıdır. Sadəcə olaraq, bu vaxt dibaetdə olduğunun əksinə, təzə meyvə deyil, ondan hazırlanan kəmşirin kompot içilməli, məti çaya qatılmalıdır. Xroniki pankreatit zamanı da xəstə öz rasionuna gilas daxil etməlidir. Bir şərtlə ki, sutkada 100 qramdan artıq qəbul edilməsin.

Ürək xəstəlikləri riskini aşağı salır. İstənilən meyvə və yaxud tərəvəz ürək-damar sisteminə faydalıdır. Bu təbii qidalarda qan dövranına və ürək-damar sisteminə faydalı olacaq maddələr var. Gilas damarlarda tromb yaranmasının qarşısını alır, ürək döyüntüsünün normallaşmasına kömək edir. Meyvənin tərkibindəki kalium və maqneziumun “ürəyin dostu” sayılan minerallar olduğu çoxdan məlumdur. Antioksidantlar isə qanı təmizləyir və damarlardakı çöküntülərin xaric edilməsini təmin edir.

Daxili orqanlara faydalıdır. Mədə xəstəliklərinin kəskinləşməsi zamanı bütün meyvə və tərəvəzlər qadağan edilir. Yəni, təzə gilas yemək bir az təhlükəli sayılır. Bunun səbəbini az sonra izah edəcəyik. İndi isə, onu qeyd edək ki, mədə xəstəlikləri zamanı az şəkərli gilas kompotunu ilıq halda içmək olar. Gilas qaraciyərin də dostudur. Belə ki, dərmanlardan həddən artıq istifadə edənlərin qaraciyərinin zədələnməsinin qarşısını alır. Gilas immuniteti möhkəmləndirir ki, bu da, öz növbəsində, xəstəliklərə qarşı savaşmaq üçün orqanizmin gücünü artırır. Gilasın tərkibində yüksək miqdarda kalium var. Kaliumun sidikqovucu xüsusiyyəti isə böyrəklərin təmizlənməsi deməkdir.

Bağırsaqlara xeyirdir. Lifli meyvələrdən sayılan gilas bağırsaqların işini nizama salır, həzmi rahatladır. Tərkibində olan yüksək miqdardakı karbohidratlar isə insanı tox saxlayır. Bağırsaqların işini sürətləndirən gilas qəbizliyi aradan qaldırır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması