Bu Şəxslərə VALERİAN OLMAZ - Qəfil Öldürə Bilər

Paylaş
11 İzlənmə
1 Həftə Öncə

#BirBax #Valerian #Melisa
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Valerian – ürək-damar, əsəb sistemi xəstəliyi olanların əli altında olan ucuz və sevimli dərmandır. Bitki tərkibli olduğu üçün əksər insan bunu həkimlə məsləhətləşmədən qəbul edir. Lakin bu dərmanın bəzi şəxslərə xeyrindən çox zərəri var.

Bu gün bir bax kanalında valerianın kimlərə zərəri olduğundan danışacağıq. Diqqətiniz bizdə olsun.

- Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər.

- Yüksək təzyiq xəstələri – müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir.

- Qaraciyər xəstəliyi olanlar, böyrək xəstəlikləri, nefrit xəstəliklərində olmaz

- Ağır depressiya, cinsi zəiflik, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır.

- Allergiyası olanlara, xüsusilə hamilə qadınlara bu dərmandan istifadə etmək qətiyyən tövsiyyə edilmir.

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər. Yaşlı və xəstə insanları hətta komaya sala bilər.

Maraqlıdır, sinir sistemi, əsəb xəstəliyi olanlar dərman əvəzinə hansı vasitələrdən istifadə etsə, bu problemdən xilas ola bilər?

Gərgin olan əzələləri yumşaldın
Sinir böhranı anında bədəndəki əzələlər də gərilməyə başlayır, çünkü ağır bir adrenalin yükü yaradırlar. Belə bir durumda qollarınızı uzadaraq, bükərək, yaxud başqa hərəkətlər edərək, əzələ gərginliyini azaltmağa çalışın.

Özünüzü rahat hiss etdiyiniz yerə gedin
Əsəbi anınızda ətrafınızda insanların olması sizi daha da pis hiss etdirə bilər. Bu vəziyyətdə problemə səbəb olan amildən uzaqlaşın. Sakitləşmək və hadisələri daha aydın şəkildə görmək üçün beyninizi problem yaradan fikirlərdən təmizləyin. Özünüzü rahat və sakit hiss edəcəyiniz bir yerə gedin.

Stressə yaxşı təsir edən bitki çayları için
Sakitləşdirici və rahatladıcı xüsusiyyətləri olan müxtəlif şəfalı bitkilər var. Melisa və limon otu bu sırada tanınan ən effektli bitkilərdir. Pişikotu, cökə və lavanda çaylarını da siyahıya əlavə edin. Çünkü bu çaylar insanı rahaladır və təşvişi, həyəcanı azaldır.

Dərindən nəfəs alın
Dərindən nəfəs almaq - əsəbləri sakitləşdirmək və sürətli şəkildə daxili rahatlığı əldə etmək üçün ən asan və təsirli üsuldur. Bəs dərin nəfəs necə alınır?

- Burnunuzla yavaş nəfəs alın.
- Qarnınızın hava ilə dolduğunu hiss edin.
- Yavaş şəkildə beşə qədər sayın.
- Nəfəsinizi dörd saniyə tutun.
- Beşə qədər sayarkən ağzınızla yavaşça nəfəs verin.
- Yavaş nəfəs almaq ürək çırpıntısını rahatladır. Bu isə beyini oksigenlə təmin edir.

Digər üsullar
Bu üsullardan başqa rəqs, idman, məşqlər etmək, yoqa ilə məşğul olmaq, musiqi dinləmək, özünüzə zaman ayırmaq, rahatladıcı vanna, meditasiya və masaj əsəb tutmaları ilə mübarizədə faydalıdır. Zehninizi necə sakitləşdirə biləcəyinizi öyrənmək çox önəmlidir.

Həmçinin, bildirək ki, təbabətdə sinir sistemi xəstəliklərində Melisa çayının dəmləməsindən geniş istifadə edilir. Onun limona bənzər qoxusu var, yağı güclü antibakterialdır. Melisanın dəmləməsi sakitləşdirici, stress əleyhinə, yuxugətirici və s. təsirə malikdir. Faydalı xüsusiyyətləri bunlardır:
- yuxu problemlərini aradan qaldırır
- əsəbləri sakitləşdirir
- stressi aradan qaldırır
- mədə narahatlıqlarını azaldır
- bağırsaq xəstəliklərində müalicəvi təsirə malikdir
- qaz çıxardıcı təsir göstərir
- tempraturu aşağı salır
- tərlədici təsirə malikdir.

Melisa çayı necə dəmlənir?
Yarım litr su qaynadılır, odun üzərindən götürülüb içərisinə 10 qram qurudulmuş melisa atılır. 10-15 dəqiqədən sonra çay içilməyə hazır olur.
Melisa çayı bakteriasid təsirə malik olduğu üçün dəri xəstəliklərini müalicəsində da geniş istifadə edilir. Dəri xəstəlikləri zamanı onun həm dəmləməsindən, həm də kompresindən istifadə edilir.

Melisa sakitləşdirici çaydır. Onu həddindən artıq içmək olmaz. Əgər siz yuxu dərmanı qəbul edirsinizsə, onda sizin melisa çayı içməyinizə ehtiyac yoxdur. Hamiləlik və uşaq əmizdirmə dövründə melisa çayını içmək lazım gəldikdə, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Bu günlük bizdən bu qədər.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması