Hepatit В – qaraciyərin infeksion xəstəliyidir. Patologiya müxtəlif klinik variantlarda gedir (simptomsuz daşıyıcılıqdan qaraciyər parenximasının destruksiyasına qədər). Hepatit B xəstəliyində qaraciyər hüceyrələrinin zədələnməsi autoimmun xarakter daşıyır. Virusun yoluxma üçün kifayət edəcək konsentrasiyası yalnız xəstənin bioloji mayelərində olur. Bu səbəbdən hepatit B virusuna yoluxma travmatik prosedurlar (stomatoloji manipulyasiya, tatu, pirsinq, manikür, pedikür) aparılarkən; hemotransfuziya zamanı parenteral; eləcə də cinsi yolla mümkündür. Hepatit B-nin diaqnostikasında qanda HbsAg antigeninin və HbcIgM anticisminin aşkarlanması həlledici rol oynayır. Xəstələrə virusəleyhinə terapiya, pəhriz, dezintoksikasion və simptomatik müalicə təyin edilir.
Videoları qaçırmayın
Videoları qaçırmayın