Nə Üçün Qadınların Qəbri, Kişilərin Məzarından Daha Dərin Qazılır?

Paylaş
8 İzlənmə
1 Ay Öncə

#qadinlar #maraqlifaktlar #din

“Demədi Demə Qadın” kanalı qadınların mütəlif mövzularda maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu kanalda yalnız qadınlar üçün faydalı ola biləcək, gələcəkdə onların işinə yarayacaq maraqlı məlumatlar yer alacaq. Qadın kanalımız Demədi Demə MMC-nin nəznində fəaliyyət göstərir. Kanalımızla bağlı hər hansı bir iradınız, təklifiniz varsa [email protected] ünvanına yaza bilərsiniz.

Reklam üçün əlaqə: 055 362 49 69

Ümumiyyətlə İslam dinində qadının kişiyə nisbətən daha dərində basdırılması qəbul ediləndirmi?

Videoya kecmezden once videomuzun daha cox insanin qarsisina cixmasi ucun kanala abune olmagi ve like etmeyi unutmayin

El arasında bunu da yarızarafat-yarıciddi söyləyirlər ki, qadınları dillərinə görə dərin basdırırlar.

Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər.
Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: "Boyuna qəmiş ölçüm" deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin qeyd edim ki, bu dərinlik fərqi şəriətdə vacib deyil, tövsiyyə olunan məsələdir. Vacib olan ölünün dərinliyə dəfn olunmasıdır. Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər. Bəzi mənbələrə görə Qadın kişidən dərinə ona basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur. Necə ki Həcc mərasimi zamanı da kişilər ehram deyilən, bir növ kəfənə oxşayan geyim geyinirlər və bu geyim əsasən qurşağa qədər örtükdən ibarət olur. Qəbirlərin bu cür fərqli qazılması qadına ehtiramdan dolayıdır. Ancaq qadının daha dərin basdırılmasında heç bir tibbi əsas yoxdur.Daha ətraflı videonu təqdim edirik:

Qadınların dərin basdırılmasının başqa səbəbi var ki, bu da xoşagəlməz qoxuyla bağlıdır. Əsas səbəbi hədislərdə belə göstərilir:
“Qadınlar dəfn olunarkən, kişilərə nisbətən bədəndə çürümə gedən zaman daha çox pis qoxu gəlir”. Çünki qadının bədəni daha tez iylənir. Məhz bu əsas səbəb kimi götürülərək, kişilərlə müqayisədə dərində basırılır”.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması