Kafedə işləyən arvadını iplə boğub öldürdü - Qətlə yetirilən qızın anası danışdı

Paylaş
16 İzlənmə
2 Ay Öncə

Yevlaxda kişi özündən 7 yaş kiçik həyat yoldaşını qətlə yetirib.
Hadisə şəhər ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı internat məktəbində qeydə alınıb.
29 yaşlı Anar Salmanov Bərdə rayonundan həyat yoldaşı, 22 yaşlı Nuridə Salmanova ilə birgə qaynanasının yaşadığı Yevlax rayonuna gəlib.
Elə dəhşətli hadisə də onların məskunlaşdığı internat məktəbində qeydə alınıb. Mərhumun anası kürəkəni ilə qızı arasında tez-tez mübahisələr olduğunu deyib.
Qətli isə Anar Salmanov evdəkilər yuxuda olan zaman törədib.
O, təsərrüfat ipi ilə həyat yoldaşı Nuridə Salmanovanı boğub.
Qətlə yetirilən qadının anası hadisə zamanı heç bir səs eşitmədiyini deyib.
Qeyd edək ki, Kəlbəcər rayonun Qılınclı kənd sakinləri olan cütlüyün 2 azyaşlı övladları var.
Onlar 6-7 il öncə ailə quraraq Bərdə rayonunda fermada yaşayıblar.
Baş verən hadisə ilə bağlı Yevlax rayon prokurorluğuna noyabrın 19-u saat 06 radələrində 22 yaşlı Nuridə Salmanovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşadırmalar zamanı zərərçəkmişin əri, 29 yaşlı Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması