Övladınız qısqancdır? - Öyrənin

Paylaş
173 İzlənmə
7 Ay Öncə

HUMEL Psixologiya Mərkəzi
Ünvan: Süleyman R. küç. 186, Ev 34. ( 28 may metrosunun yanı)
Tel: 055 300 34 32
012 449 81 56
İnstaqram: Humel_pm
Facebook: https://www.facebook.com/HUMEL-Psixol...

Ailəyə yeni bir uşaq qatılarkən birinci uşaqda adətən qısqanclıq, özünə qapanma, əsəbilik kimi duyğular yaranır. Bu halların baş verməməsi üçün ana və ataların üzərinə böyük məsuliyyət düşür. Yeni bir qardaş və ya bacı uşaq üçün qəbul edilməsi bəlkə də ən çətin vəziyyətlərdən biridir. İkinci uşaq gələnə kimi yalnız o, ailənin diqqət mərkəzində olur, uşaq gəldikdən sonra isə ailənin diqqət və qayğısının bu uşağa yönəldilməsindən narahatlıq keçirirlər. Uşağınızın qardaş və ya bacısına və sizə qarşı necə davranacağı barədə narahat olmayın. Bilin ki, uşaq sizdən nümunə götürür. Əgər siz narahat davransanız, uşağınız da elə davranacaq. Buna görə də nə etməli olduğunuz barədə sizə bir neçə tövsiyəmiz var. Böyük uşağınız xəstəxanaya, sizin yanınıza gəldiyi zaman ilk öncə körpəni qucağınıza almaq yerinə onu qucaqlayıb öpün. Yeni doğulan körpəni uşağınıza necə tanıtmağınız qısqanclığın qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir. Məsələn, ona kiçik bir hədiyyə verin və bunu ona yeni doğulan körpənin verdiyini deyin. Bununla onda yeni uşağa qarşı sevgi yaranmasına səbəb olarsınız. Siz xəstəxanada olduğunuz müddətdə böyük uşağınızla maraqlanacaq birinin olması və onu sevdiyi yerlərə apararaq əyləncəli vaxt keçirməsini təmin etməsi faydalı olacaqdır. Onun hələ də uşaq olduğunu unutmayın. Gələn qonaqların uşağınıza “sən artıq böyüdün, indi hamı səni deyil, balacanı çox istəyəcək, ona daha çox diqqət göstərəcək” kimi sözlər deməmələri barədə xəbərdar edin. Yeni doğulan körpəyə həddindən artıq sevgi və diqqət göstərib, sonra da eyni davranışı birinci uşağınıza tətbiq etməkdən çəkinin. Körpəyə adı ilə müraciət edin. Bu, uşağa körpənin bir əşya olmadığını, bir canlı varlıq olduğunu xatırladacaqdır. Körpəni sevərkən “mənim qızım/oğlum” kimi sözlər yerinə “qızım/oğlum” kimi sözlər işlədin. Uşağınızın gündəlik həyatını körpəyə görə təyin edib “qardaşın/bacın yatır, səssiz ol” kimi sözlər deməyin. Həddindən artıq narahat davranıb körpəni uşağınızdan uzaq tutmayın. Ona körpəni sevmək, öpmək və qucağına almaq imkanı verin. Körpəni qısqanmasın deyə böyük uşağa həddindən artıq diqqət göstərib, səhvlərini görməzdən gəlib, cəzalandırmamaq kimi səhv davranışlar etməyin. Qaydalarınız körpə doğulmamışdan əvvəl necəydisə, elə də qalmalıdır. Körpəyə zərər vermək istəyən bir uşağın əslində ona qarşı düşmənçilik bəsləmədiyini bilməlisiniz. O, bunu bilmədiyindən edir. Bunun üçün siz ona etdiyi hərəkətin düzgün olmadığını və sizin buna icazə verməyəcəyinizi hirslənmədən başa salın.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun