Öd kisəsində POLİPLƏR - Müalicəsi nədir?

Paylaş
8 İzlənmə
2 Ay Öncə

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr_qatroenteroloq_hepatoloq
Facebook: https://www.facebook.com/DrNazli-Qasimova-2197011603688562/
Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.

Öd kisəsi polipinin 5 növü mövcuddur:

1. Xolesterol tipli öd kisəsi polipləri - bu tip poliplər öd kisəsi poliplərinin 60 %-ni təşkil edir. Adətən saplı qurluşda və ölçüsü 2-20 mm arasındadır. Qanda xolesterol səviyyəsi ilə bu poliplər arasında əlaqə elmı tədqiqatlar ilə müəyyən olunmamışdır. Bu poliplər daha çox 40-50 yaş arasında qadınlarda müəyyən olunur və çox hallarda klinik əlamətləri olmur. Bu tip poliplərin öd kisəsi xərçənginə çevrilmə ehtimalı yoxdur. Bu poliplər olan öd kisəsində xarakterik çiyələk görünüşü mövcud olur.
2. Adenomiyomalar - Öd kisəsi poliplərinin 25%-ni təşkil edirlər. Ölçüləri 10-20 mm arasında dəyişir. Bu tip poliplər xərçəngə çevrilmir. Onlar öd kisəsində baş vermiş iltihabi prosesə cavab olaraq yaranır.

3. İltihabi öd kisəsi polipləri - Bu tip poliplər adətən öd daşı xəstəliyində əziyyət çəkən xəstələrdə olur. Ölçüləri 5-10 mm olur. Bütün öd kisəsi poliplərinin 10 %-ni təşkil edir. Bu tip poliplər də xərçəngə çevrilmir.

4. Adenomalar - bu tip öd kisəsi polipləri 4 % hallarda rast gəlinir və xərçəngönü proses hesab olunur. Adenomaların 25 % xərçəngə çevrilir. Ölçüsü 12 mm olan adenomalar xərçəng hüceyrəsinin daşıyıcısıdır. Ölçüsü 10 mm-dən böyük olan adenoma tip öd kisəsi poliplərinin 25-75 % öd kisəsi xərçənginin yaranmasına səbəb olur.

5. Qarışıq tip poliplər - Qarışıq tip poliplər müxtəlif qaynaqlı və qurluşludur. Nadir təsadüf olunurlar.

Öd kisəsi poliplərinin muayinəsi, cərrahi əməliyyatın ehtiyac olub-olmamasının müəyyən olunması və müşahidəsində ultrasəs muayinəsi (USM) və komputer tomoqrafiya (KT) muayinəsi faydalıdır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması