REYHAN DOLMASI - Ətrinə VƏ Dadına Doyum Yoxdur

Paylaş
3 İzlənmə
1 Həftə Öncə

Reklamlarınızın kanalımızda yayımlanması üçün əlaqə 0507244388
- Facebook adresi: Tahire Elirzayeva - https://www.facebook.com/a
- İnstagram: Saglamliq_axtarisinda
https://www.instagram.com/saglamliq_axtarisinda/?hl=tr
Facebook səhifəmiz: Saqlamliq axtarisinda
https://www.facebook.com/SaqlamliqiniziQoruyun/
Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirmişdir. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləmişir.

1976-1978-ci illərdə Tahir Əmiraslanov orduda tank komandiri olmuşdur. 1978-1979-cu ildə Leninqradda Tikintidə bənna işləmış, 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi oldu. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən - 1980-cı ildə onun “Çay Azərbaycan mətbəxində” adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü.[2] Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmışdir.

İnstitut diplomu ilə eyni vaxtda Leninqrad ictimai iaşə idarəsi tərəfindən 5-ci dərəcəli aşpaz ixtisası dərəcəsi də almışdır. ( 5-ci dərəcə 200 nəfərdən yalnız 3 nəfərə verilmişdir. qalanlarına 3-cü və 4-cü dərəcələr verilmişdir), 1993-cü ildə Azətbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən ona "Usta-Aşpaz" ixtisas dərəcəsi verilmişdir və o sabiq SSRi məkanında Usta ixtisas dərəcəsi almış ən gənc mütəxəsis olmuşdur. 2007-ci ildə Ekaterinburq hökuməti də ona "İctimai İaşə Ustası" ixtisas dərəcəsi verir. Hazırda o həm də Başqırdıstanın,Çuvaşiyanın Usta-Aşpazıdır. 2017-ci ildə Tahir Əmiraslanov Dünya Usta-Aşpazı ixtisas dərəcəsinə layiq görülüb. O həm də Dünya Kulinariya Mədənıyyəti Ustasıdır.

Tahir Əmiraslanov tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür.2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasında Kulinarologiya (nutrisiologiya, texnologiya və gastrosifiya) bölməsinə sədr seçilmişdir.

Azərbaycan mətbəxinin Azərbaycanda inkişafında, Mili mətbəxin toplanmasında,qorunmasında ,qədim xörəklərin bərpasında ,dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəsisdir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması