Uşağınız TEZ-TEZ Xəstələnirsə... BUNLARI MÜTLƏQ EDİN !

Paylaş
9 İzlənmə
1 Ay Öncə

#Uşaq #Pediatr #GunayResulova

Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81

Uşağınız tez-tez xəstələnirsə...
Övladı tez-tez xəstələnən valideynlər həmişə həyəcan, qorxu içində olurlar. "Görəsən uşağın immun sisteminde ciddi problem var?", "Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?", "Nə səbəbə belə tez-tez xəstələnir?" deyə özlərinə sual verirlər.
Əslində, bütün valideynlər uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldığını iddia edir və çox üzülürlər. t
Tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?
— İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır. Əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.

— Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında edilməlidir, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq "qrip əleyhinə vaksin" vurulsa yaxşı olar.

— Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiz. Belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur "soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur. Lakin virus infeksiyasi otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşıbsa müalicədə həkim təyinatına əsasən antibiotiklər verilə bilər.

— Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinjn qarşısını əhəmiyyətli dərəcədə almış olur.

Sağlam olun!

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması