İçində nə olduğunu biləndən sonra hər gün bu Limonlu Su qarışımından içəcəksiz

Paylaş
9 İzlənmə
1 Ay Öncə

1. Limonlu su kalium, kalsium və maqneziumla zəngindir. Bu 3 elementin bədənin hər bir guşəsinə lazım olduğunu unutmamalıyıq;

2. Qaraciyərimiz də limonlu suyu çox sevir. Çünki limonlu su yediyimiz bütün qidaların tərkibindəki faydalı və ziyanlı fermentlərin dəqiqliklə ayrılmasına kömək edir, qaraciyəri toksinlərdən təmizləyir;

3. İmmuniteti gücləndirir;

4. Orqanizmin özünü yeniləməsinə kömək edir;

5. Limonlu su sevinc hormonu sayılan serotonini yüksəldir. Yəni, bizi xoşbəxtliyə kökləyir;

6. Stressi azaldır. Bütün narahatlıqları, neqatif fikirləri, hətta, depressiyanı da məğlub edir;

7. Diqqətin toplanmasına kömək edir. Xüsusilə, yaradıcı insanlarda yeni fikirlərə yelkən açır;

8. Maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq problemlərini aradan qaldırır;

9. Limonlu suyun köməyilə orqanizm özünə lazım olan fermentləri daha tez özününküləşdirir. Bu da kökəlmənin qarşısını alır;

10. Tərkibindəki pektin lifinin köməyilə iştahamıza nəzarət etməyimizə səbəb olur;

11. Limonlu su sümük əriməsinin qarşısını alır;

12. Böyrəklərdə, öd kisəsində, pankreasda daş və ya duzların yığılmasına mane olur. Əgər nəsə yığılıbsa, onu əridir;

13. Qanı duruldur, damarları təmizləyir;

14. Yüksək təzyiqin isə, belə demək mümkünsə, qənimidir. Ona görə də, həkimlər və mütəxəssislər aşağı təzyiqi olanlara limondan ehtiyatla istifadə etməyi məsləhət görür;

15. Limonlu su orqanizmdə mövcud olan infeksiyaları zəiflədir, gələcək infeksiya risklərini aşağı salır;

16. Oynaqlardakı duzlaşmanı yox edir;

17. Diş ağrılarını azaldır, diş ətinin sağlamlığını qoruyur;

18. Limonlu suyun köməyilə tez-tez özünü yeniləyən orqanizmdə qocalma ləngiyir;

19. Dərinin elastikliyini təmin edən kollagenin ifrazatını sürətləndirir, qırışları və çapıqları tədricən yox edir;

20. Orqanizmin pH balansını tənzimləyir ki, bu da xəstəliklərin bədəndə yaşaya bilməməsi deməkdir.

Limonlu suyun da nizamlı içilməsi lazımdır. Məsələn;

-səhər acqarına içməyin üstünlüyü çoxdur;
-amma səhər içə bilmədinizsə, idman edərkən için;
-idman ritualınız yoxsa, günorta və ya axşam yeməyindən yarım saat öncə için;

Limonlu su içməyə başlamazdan əvvəl orqanizminizi tanıdığınızdan əmin olmalısınız. Yəni, təzyiqinizin aşağı, yaxud yuxarı olduğundan, qanazlığınız varmı-yoxmu, xəbərdar olmağınız vacibdir. Əgər bu bilgilərə sahib olmadığınızı düşünürsünüzsə, limonlu suya başlamazdan əvvəl həkimə müraciət etməyiniz məsləhətdir.

Bir də, limonlu suda turşuluq çox olduğuna görə, diş minasının erroziyaya uğramasına səbəb olur. Ona görə də, çalışın ki, limonlu suyu içki çöpləriylə için.

Suyun içinə limonun suyunu sıxmaq, stəkana bir-iki dilim limon salmaq da olar. Amma orqanizmə daha çox fayda verəcək limonlu suyun hazırlanma qaydası belədir:

15-16 ədəd cəfəri, 1 limon və 1 stəkan su götürün. Limonun qabığını soyun, çərtdəklərini çıxarın. Sonra cəfəriləri, limonu və suyu bir yerdə blenderdən keçirin. Qarışımı, uzağı, 3-4 dəq ağzı qapalı halda dinləndirin və sonra səhər yeməyindən 15 dəq qabaq için. 15 gündən sonra 4 gün fasilə verin. Ardından təkrar başlayın.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması