Ədalət Şükürov — Bir Mən Olum, Bir Sən | Şeir

Paylaş
34 İzlənmə
6 Ay Öncə

Ədalət Şükürov tərəfindən Eyvaz Qurbanova aid olan "Bir Mən Olum, Bir Sən" şeirinin ifası.

Ədalət Şükürovun rəsmi YouTube kanalına abunə olmaq üçün: http://bit.ly/Edalet-Shukurov

Söz: Yetim Eyvaz (Eyvaz Qurbanov)
Arxa fon musiqi: "Həyatı Sevirəm" (Eldar Mansurov)

Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt

http://instagram.com/adaletshukurov
http://www.adaletshukurov.com

Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact.html

Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb

Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle

Sözləri:

Mən bir qaya olum, mən bir dağ olum,
Sən sinəm üstündə ötən duman-çən.
Mən meşə qoynunda bir bulaq olum,
Sənsə mənim həzin, şirin zümzüməm.
Bilirsən o dəmdə nə istəyirəm?
Bir mən olum, bir sən.
Bizə başqa kim lazımdı görəsən?

Mən bir yamac olum, bir düzən olum,
Sən düzən içində açan ağ laləm.
Mən gecə sənin üçün yanan şam olum
Sən ətrafımda süzən pərvanəm.
Bilirsən o dəmdə nə istəyirəm?
Bir mən olum, bir sən.
Bizə başqa kim lazımdı görəsən?

Mən bir ağac olum, bir budaq olum
Bil ki, ayrılmaram heç vaxt kökümdən.
Mən budaq üstündə bir yarpaq olum
Qorxuram payızda gələn xəzəldən.
Bilirsən ay gözəl nə istəyirəm?
Bir mən olum, bir sən.
Bizə başqa kim lazımdı görəsən?

Mən bir dəniz olum, bir ümman olum,
Sən dəniz içində üzən tək gəmim.
Mən bir ümid olum, bir güman olum,
Qoymaram ki, solsun sənin o ümidlərin
Gəl mənimlə, nolar, ol bu gün həmdəm.
Bilirsən ay gözəl nə istəyirəm?
Bir mən olum, bir sən.
Bizə başqa kim lazımdı görəsən?...

Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022

Etiketlər:

#ƏdalətŞükürov​ #BirMənOlumBirSən #mikpro

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması