Koronavirusun Üçüncü Dalğası Nədir? - Aylarla Evdə...

Paylaş
8 İzlənmə
1 Ay Öncə

#Corona #Azerbaycan #Dalga
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Şəfa bal: https://www.youtube.com/channel/UCs54bdfQomWhbdkIafpzOQw/videos
Koronavirus pandemiyası mutasiya keçirərək, sonu bilinməyən yola girib. Ağlımızda cavabsız qalan suallar, önümüzü görmədiyimiz bir yol var. Yenidən qapanma olacaqmı? Peyvənd virusun qarşısını niyə almadı? Nə edək? Bəzi ölkələrdə, həmçinin bizdə yeni yoluxma halları artmaqda davam edir. Həkimlər artıq yeni həyəcan təbili çalır. Hazırlaşın, üçüncü böyük dalğa qapıdadır.
Siz bir bax kanalındasınız. Bu videonu mütləq sona kimi izləyin!
Yüz il əvvəl ispan qripinin ikinci mərhələsi birincisindən daha ölümcül idi, eləcə də üçüncü. Görəsən, üçüncü dalğa bu nə qədər ağır ola bilərmi? Bunu dəniz dalğasına bənzətmək olar. İnfeksiyaların sayı artır və sonra yenidən azalır - hər bir mərhələ koronavirusun bir "dalğasını" təmsil edir. Lakin bunun rəsmi bir tərifi yoxdur.
Koronavirusun üçüncü dalğası ikinci dalğanın davamıdır. Bir dalğanın bitdiyini söyləmək üçün, virus nəzarət altına alınmalı və xəstəlik halları əhəmiyyətli dərəcədə azalmalıdır. Lakin bu baş vermir. Yoluxma halları azalan kimi yenidən artmağa başlayır. Özdə sürətlə və daha çox.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada koronavirusa yoluxanların ümumi sayında dekabr, yanvar ayına nisbətən ciddi azalma olduğunu açıqlasa da, alimlər üçüncü dalğanın olacağını istisna etmir. ÜST rəsmisi Mayk Rayan da deyib ki, pandemiyanın 2021-ci ilin sonunda bitəcəyini gözləmək real deyil: “Məsələ bizim virusu nəzarət altına ala bilməyimizdir. Ancaq hazırda nəzarət bizdə yox, daha çox virusdadır.
Bəzi mütəxəssislər üçüncü dalğanın mart-aprel ayında olacağını proqnozlaşdırır. Çinli alimlər hələ ötən il müxtəlif ölkələrdə koronavirusun yayılma zirvələri ilə bağlı araşdırma aparıblar və nəticədə patogenin ötürülməsi üçün optimal temperaturun 5 ilə 8.72 dərəcə, havanın rütubətinin isə 35 ilə 50 faiz arasında olduğunu sübut ediblər. Bundan belə aydın olub ki, baharın əvvəlləri COVİD-19 infeksiyasının yayılması üçün ideal şərait yarada bilər. Deməli, soyuq qışdan çıxmış zəif immunetli əhali yaz aylarında yenidən virusa yoluxa bilər.
Ümumiyyətlə bütün Avropa ölkələri, eləcə də Azərbaycan üçün üçüncü dalğa terminini demək elmi cəhətdən doğru deyil. Çünki Avropada elə ölkələr var ki, onlar öz ölkələrində ilk COVID-19 dalğasının deyilən rəsmi vaxtdan öncə başladığını artıq sübut ediblər. Azərbaycanda da ilk dalğanın nə zaman olduğunu biz elmi cəhətdən dəqiq bilmədiyimizə görə, 3-cü dalğa terminini istifadə etməkdənsə, növbəti dalğa deməyimiz daha düzgündür. Əhalisi virusa yoluxub immunitet qazanana qədər pandemiya davam edəcək və biz bir neçə yoluxma dalğası ilə rastlaşacağıq”.
Dalğaların bir-birindən xüsusi fərqlənmə predmetləri yoxdur və bunun qarşısını almaq üçün isə qızıl qaydalar eyni olaraq qalır. Ya uzunmüddətli sərt karantin rejiminə keçilməli, ya da elmin dediyi kimi, ən son karantin və izolyasiya qaydalarına əməl olunmalıdır. İnsanların toplaşdığı məkanlarda nəzarət tam ələ alınsa, sərt karantin rejimini tətbiq etməyə ehtiyac qalmaz.
Bəs görəsən, azərbaycanlı mütəxəssislər bununla bağlı nə fikirdədir? Bizdə də virusun yeni dalğası gözlənilirmi?
İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
Aprel ayında yoluxma sayında artım ola bilər, amma yaya doğru azalmalar olacaq. İnsanlar bayram ərəfəsində daha diqqətli olmalıdırlar. Hətta sərt karantin rejiminə keçilməlidir. Qarşıdan bayram gəlir, insanlar toplaşacaq, bir-birinə qonaq gedəcək. Hazırda buna yol vermək olmaz. Virusun sayında artma ola bilər. Bayram ərəfəsində insanlar evdə otursa, daha yaxşı olar. İndi vaksinasiya prosesi də davam etdirilir. Bu da müsbət təsirini göstərəcək.
Hazırda uşaqların koronavirusa yoluxub-yoluxmaması dəqiq bilinmir. Elə uşaq ola bilər ki, immun sistemi güclüdür, onda xəstəlik özünü göstərmir. Belə olarsa, digərlərini yoluxdurma ehtimalı yüksəkdir. Bunun qarşını almaq üçün evdə qalmaları daha məsləhətlidir. Bunun əvəzində evdə immuniteti artıran qidalardan, təbii məhsullardan istifadə etsinlər. Amma ümumiyyətlə, əvvəlki aylara nisbətən xəstələrin sayı azalıb.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması