"Durub gördüm ki, aləm dəyib bir-birinə"

Paylaş
192 İzlənmə
5 Ay Öncə

Xəbər verdiyimiz kimi, İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb. “Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Partlayış qonşuluqdakı evdə baş verib”, - ev sahibi deyib.

İsmayılov daha sonra “Dünən axşam evdə dedim ki, qaz iyi gəlir, nəsə olacaq. Elə bil, ürəyimə dammışdı” sözlərini əlavə edib.

Qeyd edək ki, hadisə nəticəsində ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fərid xəstəxanaya aparılıblar. Xəsarət alan digər iki şəxsə - ev sahibi Ceyhun İsmayılovla həyat yoldaşı Səidə ismayılovaya isə hadisə yerində yardım göstərilib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun