Ədalət Şükürov tərəfindən Gərayxan Rüstəmova aid olan "Ana, Əsgər Gedirəm" şeirinin ifası.
Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt
Söz: Gərayxan Rüstəmov
Arxa fon musiqi: Eldar Mansurov - Taleyim (My Destiny)
Ədalət Şükürovun rəsmi YouTube kanalına abunə olmaq üçün: http://bit.ly/Edalet-Shukurov
http://instagram.com/adalet_shukurov_official
http://www.adaletshukurov.com
Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact.html
Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb
Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle
Sözləri:
Mənə əzizdir hər bir qarış
Sən qəlbinlə küs, barış
Axır gəldi çağırış,
Ana, əsgər gedirəm.
Bir il tamam olası
Gözün yolda qalası
Oldun əsgər anası
Ana, əsgər gedirəm.
Yolları döndərdilər,
Həkimə də göndərdilər,
Aktı yazıb da verdilər,
Ana, əsgər gedirəm.
Gözlərimdə buludsan
Boşalırsan, dolursan
Axı sən niyə pis olursan ana?
Anacan, əsgər gedirəm.
Göstərmə dərd-qəmi sən,
Sevinməsin qoy düşmən!
Fəxr elə ki, bu gün mən
Ana, əsgər gedirəm
Səndə təlaş görməyim,
Ağaran saç görməyim,
Gözlərində yaş görməyim
Anacan, əsgər gedirəm.
Oğulsuz millət olmur
Əsgərsiz dövlət olmur
Hər oğula da qismət olmur
Anacan, əsgər gedirəm
Yollara çox çıxma sən,
Hər gedənə baxma sən,
Mənə qız axtarma sən
Anacan, əsgər gedirəm
At başına çalma sən,
Gözü yaşlı qalma sən,
Bir il döşək salma sən
Ana, əsgər gedirəm.
Sən ağlama mənim üçün
Mən ölərəm sənin üçün
Elə sənin üçün, Vətən üçün
Ana, əsgər gedirəm
Zəfərlər çalmaq üçün
Tarixdə qalmaq üçün
Qarabağımızı almaq üçün
Ana, əsgər gedirəm
Güllələrdən sivrilib,
Düşmənin bağrın dəlib,
Atam da gedib gəlib
Ana, əsgər gedirəm.
Mən qönçə bir güləm ki
Qəlbindən getmirəm ki
Ömürlük getmirəm ki
Ana, əsgər gedirəm.
Mən peşmanı deyiləm
Bu torpağa əsgərəm
Gəlməyə də bilərəm
Ana, əsgər gedirəm.
Söylə xeyir duanı
Gətir öpüm o Quranı.
Ölsəm, qara bağlama
Oğul deyib ağlama
Ana, əsgər gedirəm.
Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#ƏdalətŞükürov #AnaƏsgərGedirəm #mikpro
Videoları qaçırmayın
Videoları qaçırmayın