Yaponiya haqqında bilmədiyiniz 30 gerçək - #Ölkələr

Paylaş
7 İzlənmə
1 Həftə Öncə

Yaponiya Asiyanın şərq sahillərində, 6852 adada yerləşir. Sahəsi 377,973 km2-dir ki, onun da 70%-i dağlarla örtülüb. Yaponlara görə, ölkələrinin adı Yaponiya yox, “günəşin doğduğu yer” anlamına gələn “Nihon”dur. Yay fəslində günəş burda gecə saat 04:30-da çıxır. Yaponiyada saat Türkiyəyə nisbətən 6 saat irəlidir.
Yaponiya dünyanın “ən sıx” onuncu ölkəsidir. 127 milyon əhalisi var. Amma şəhərlərdə əhalinin sıxlığının əsas səbəbi bu deyil. Yaponların 93%-i ölkə ərazisinin 19%-də yaşayır. Burda nəqliyyat sisteminə “mükəmməl” deyə bilərik. Hər yerdə qatar relsləri və avtomobil şosseləri var. Hətta, binanın içindən keçən şosse də mövcuddur. Yapon qatarları öz dəqiqlikləri ilə məhşurdur. Qatarların gecikmə müddəti maksimum 18 saniyə olur. Bununla belə, qatarlara o qədər çox sərnişin minir ki, stansiyalarda insanları içəri itələmək üçün maaş alan işçilər var. Gözləmə mədəniyyəti isə örnək alınasıdır; insanlar qatarı gözləyərkən çəkilmiş çizgilər üzərində tək sıra halında düzülürlər.
Bu arada, illər əvvəl gözləmə mədəniyyəti haqqında da bir video hazırlamışdım. Linkini rəyə qoyuram, baxa bilərsiniz...Onda, anlayacaqsınız ki, niyə yaponların gözləmə mədəniyyətini örnək hesab edirəm.
Yaponiyada qatarların çoxu dəmir relslərin yox, maqnetik relslərin üzərində hərəkət edir. 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Maglev qatarı sınaq gedişlərində 603 km/saat sürət yığıb. Bu cür qatarlar elektrik axımı və maqnitlər sayəsində relslərə dəymədən hərəkət edir. Bir-birini itələyən maqnitlər qatarın relslərdən 15 sm yuxarıdan getməsini təmin edir. Beləcə, sürtülmənin yaratdığı ləngimə minimum səviyyəyə enir.
Yaponiyada avtobuslara arxa qapıdan minilir və ön qapıdan düşərkən yolpulu verilir. Avtobus dayanacaqları yolun əksi istiqamətində qurulub. Yaponiya daim işləyən və hərəkət edən bir ofis kimidir. “İşkolik” dediyimiz tipdə insanları, yanıb-sönən neon işıqları, satış avtomatları və robot-texnologiyası ilə məhşur bir ölkədir bura. Dünyadakı robotların 50%-ni yaponlar hazırlayır. Hətta, burada işçilərinin əksəriyyəti robot olan otel də var; “Henn na Hotel”. Robotlar qonaqları qarşılayır, otaqları təmizləyir, kofe dəmləyir və s.
Yaponiyadakı ən maraqlı otellərdən biri də kapsul-otellərdir. Kapsullar 2 m uzunluğunda, 1 m enində, 1 m hündürlüyündədir. Bu otellər, xüsusilə, gecə yarıyadək işləyib, sonra da evə getməyə ərinən işkolik yaponların daş kimi yatdığı, ehtiyaclarını qarşılaya bildiyi ucuz məkanlar kimi planlanıb. Lakin qısa zamanda kapsul-otellər turistlərin marağını çəkib və məhşurlaşıb. Bu otellərə girən kimi ayaqqabınızı soyunmalısınız. Qadın və kişilərin yatdığı mərtəbələr, hətta, istifadə etdikləri lift də ayrıdır. Əşyalarınızı qoyub qıfıllaya biləcəyiniz şkafın içinə sizin üçün ayrılan pijama, dəsmal, diş fırçası, şampun, bir sözlə, ehtiyac duyduğunuz hər şey qoyulur. Yatacağınız kapsulun içində radio, təhlükəsizlik zəngi və televizor var. Tualetlər və hamamlar isə ümumidir. İlk vaxtlar 7 saat yuxu, 1 saat dincəlmək, 1 saat duş almaq kimi vaxt bölgüsü vardı. Turistlərin axını ilə bu bölgü 9 saatdan 22 saatadək uzadılıb.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması