Cəbi ləqəbli Milli Qəhraman Sübhan Cəbrayılov kimdir? I FİLM I CƏBİ

Paylaş
11 İzlənmə
1 Ay Öncə

Film De Media şirkəti tərəfindən hazırlanıb. Yayım tarixi 2021 19 oktyabr
Layihə rəhbəri: Bahadur Seyidov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur.

Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü şəhid olmuşdur.


Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150-200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olmuşdur. Ümumi olaraq Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Sübhan Cəbrayılovun ayın 23-də, doğum günündə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[19][20]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[21][22]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[23]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[24]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edild

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması