Tələsin!!! Burda hər şeyi su qiymətinə satırlar! - Bir gün qaldı

Paylaş
10 İzlənmə
1 Ay Öncə

Tələsin!!! Burda hər şeyi su qiymətinə satırlar

Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur "Black Friday", yəni "Qara Cümə" günü keçirilir. Bu gün bir sıra dükanlarda endirimlər olur. Bəs bu Qara Cümə nə deməkdir?

Qara Cümə ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır.
Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.
Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcının köməkçisi işləyən qaradinməz oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olan Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına "Hər şey 5 sent" yazısını qoyur. Bu, ilk endirim idi!
Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur.
1951-ci ildə isə "Factory Management and Maintenance" jurnalı maraqlı tendensiya qeydə aldı. Şükran Günündən sonra işçilər sağlamlıqlarına görə icazə alır, əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun səbəbi də dükanları gəzib endirimlərdən faydalanmaq idi.
Amma məhz "Qara Cümə" termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı iki versiya var.
Birinci versiyaya əsasən, Şükran gününün ertəsi yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün Qara cümə adlandırılıb. İzdihamlara görə ölənlərin olduğu da deyilir. Məhz eyni gün Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə bu günü "Black Friday" adlandırıb.
İkinci versiya müahsibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub.
Başqa bir iddia isə Black Friday günü dükanlar qapılarını gün çıxmadan əvvəl açmalarıdır.


Müsalman aləmində cümə günün müqəddəs gün hesab olduğu üçün bəzi müsalman camiəsində bunu müsəlmaı adşağıladmaq məqsədiilə yaradıldığı şayələri var. Bu səbəblə Qonşu Türkiyədə bu günə qara cümə endirimləri yox, möhtəşəm cümə endirimləri adlandırılır.
Bu gündən yararlanmaq istəyən acəzrbaycanlıları düşündürən bir problem var. O da məhsulların ölkəmizə gec gəlib çıxmasıdır. Amma bu problemdən çıxış yolu var. Məshuların daşınması işi ilə məşğul alan Starex.az saytı Amerikadan maksimum 10, Türkiyədən isə 5-7 gün, Amerikadan isə 10-14 gün ərzində məhsullarınızı ünvanınıza çatdırır. Bunun üçün alış-veriş etdiyiniz xarici saytda çatdırılmaq ünvanı olaraq öz ünvanınızın yerinə Starex.azın müvafiq ölkədəki ünvanını göstərməlisiz. Bu barədə daha ətraflı Starex.az saytından və və Star Ekspresin youtube analından məlumat ala bilərsiz.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması