Koronavirusdan sonra Qanda Laxtalanma - Bu Əlamətlərə DİQQƏT!

Paylaş
7 İzlənmə
1 Ay Öncə

#Ayaq #Tromb #Laxtalanma
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Ayaqların soyuması, donma hissi. Yaxud da əl və ayaqda şişlik, tənginəfəslik…

Koronavirusa yoluxub sağalan hər kəsdə qanda qatrılaşma qalır. Və bilirsinizmi, sağalsanız belə, bu qatılıq qanı laxtalandırıb, damarlarda tromb yaratmaq gücünə malikdir.

Artıq sübut olunub ki, hər 3 kovid xəstəsindən birində xəstəlikdən sonra tromboz yarana bilər. Eləcə də kovid peyvəndindən sonra yaşlı insanlarda bu risk var.

Bəs qanda laxtalanmanı, damarlarda tromb olduğunu göstərən əlamətlər hansılardır?

Bir bax kanalındasınız dəyərli izləyicilər. aşağıda yerləşən bəyən düyməsinə basın ki, bu video yutubda daha çox insanın qarşısına çıxsın.

Aşağı ətrafların, ayaqların şişməsi qan damarlarının tıxanması siqnalı ola bilər. Əgər görsəniz ki, əl-ayağınızın ölçüsü dəyişib, şişib dərhal həkimə müraciət edin. Bu trombozun olduğunu göstərir.

Eləcə də bədənin istənilən nahiyəsində dəri sahəsinin istiləşib qızarması və orda ağrının olması da siqnaldır. Və yaxud əksinə, insan daim ayaqlarının soyumasından, donmasından şikayət edirsə, ayaqlarında pəncədə ağarma, göyərmə varsa, bu da ciddi əlamətdir.

Tənəffüsdə çətinlik, təngnəfəslik, nəfəsalmada təngimə ürəyin koronar damarlarının işemik problemini göstərir. Ağciyərlərin tromboemboliyasında isə güclü öskürək və qanlı bəlğəm görünür.

Bütün bu hallarda əgər üstəlik xəstə kovid keçirib və ya peyvənd olunubsa, mütləq damar həkimi və kardioloqa getmək lazımdır.

Bəs, qanda laxtalanmanın qarşısını evdə hansı qidalarla ala bilərik?

Qanı durulaşdıran bitkilər:

Məkkəgülü – həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır, turşməzə və gözəl bir dada malikdir, yeməkdən sonra içilməsi məsləhətdir.

Sofora – Bakının parklarında çox rast gəlinən ağacdır, müalicə üçün qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Bu maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.

Öksəotu – parazit bir bitkidir, ağacların gövdəsi üzərində bitir və onların hesabına qidalanır, sonda da ağacı qurudur. Çox effektli təzyiq salıcıdır, kapilyar damarların ötürücülüyünü yaxşılaşdırır.

Nanə – həm yaxşı əsəb sakitləşdiricidir, dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır, həm də mülayim qan durulducudur.

Zəncəfil – möhtəşəm bir vasitədir, hər gün hər kəsin istifadə etməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Kökdən qoz böyüklükdə hissə kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün əla bir vasitədir.

Sarıkök – qaraciyərqoruyucu təsir göstərir, dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə 2 dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

Udi-hindi – qan durulducu və iltihab əleyhinə güclü təsirli vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

Biyan kökü – tərkibindəki qlisirrizin maddəsi xəstələr üçün şəfa mənbəyidir, halsız insanları sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalıdır.

Sarımsaq – qandurulducu təsiri çox güclüdür, həm də təzyiq salıcıdır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Limon – həm qandurulducu, həm də damar elastikliyini artıran əla vasitədir, tərkibi C vitamini ilə zəngindir.

Hicama (həcəmət) olunmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Zəli – zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılmışdır ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.

Sirkə – Demək olar sirkənin bütün növləri qandurulducudur. Sirkəni mədəsində problemi olmayan hər bir insan qəbul edə bilər əgər qan azlığı vəya təzyiq aşağıdırsa onda sirkəni bal ilə qarışdırıb içmək olur, məsələn əgəgr qan azlığı varsa onda gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 stəkan çiy suya 1 xörək qaşığı sirkə 1 dolu çay qaşığı bal qarışdırıb şərbət hazırlayıb içə bilərsiniz.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması