Qanda LAXTALANMANIN İLK ƏLAMƏTİ - QAN DURULDAN VASİTƏLƏR

Paylaş
4 İzlənmə
1 Həftə Öncə

#Tromb #Qanduruldan #QandaQatilasma
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Qanda laxtalanma –tromb.
Tromb qan laxtasının daha bərk formasıdır. Son illər qəfil ölümlərin əsas səbələrindən biri də məhz damarlarımızda gizli yaranan tromblardır. Lakin vaxtından əvvəl bədəninizdə tromb olduğunu bilsəniz, özünüzün və doğmalarınızın həyatını xilas edə bilərsiz. Bəs maraqlıdır, öncədən bunu necə hiss edə bilərik?
Siz bir bax kanalındasınız. Diqqətiniz bizdə olsun!
Ayaqların şişməsi

Bu vəziyyət dərin venalarda tromb olanda baş verir. Bədənin müəyyən hissəsinə qan axını pozulur. Qan dövranı pozulduğu üçün həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur. Nəticədə ayaqlar şişir. Bu trombun əsas əlamətlərindən biri hesab edilir.

Ayaqlarda ağrılar

Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi və müntəzəm ağrılardır. Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə baş verərsə, diqqətli olun.

3. Dəridə qəribə qırmızı xətlər

Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.

4. Döş qəfəsində dərin nəfəs alma zamanı ağrı

Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ciddi təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz.

5. Təngnəfəslik

Söhbət ağır yük qaldıranda, 10 mərtəbəni çıxarkən təngnəfəslikdən getmir. Tromb zamanı səbəbsiz təngnəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstədə başgicəllənmə də olur.

6. Səbəbsiz və keçməyən öskürək

Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağiyərlərin rentgeni də təmiz çıxıbsa, deməli ürək-damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir. Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, təngnəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır.

Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba qarşı hərəkətə keçib, müayinə və müalicə olunmağın vaxtıdır.

Ümumiyyətlə, qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir. Normadan çox duru olanda qanaxmaya meyillilik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir. Hər iki sistemin işinə qara ciyər cavabdehdir, ona görə də laxtalanma problemləri olan xəstələr qara ciyəri mütləq yoxlatmalıdır.

Çoxlu ət qəbulu, suyun az içilməsi, az hərəkət etmək, çox duzlu və yağlı yemək kimi vərdişlər qanın qatılaşmasına səbəb olur. Bunun əksinə olaraq çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içilməsi, tünd çaydan, tünd qəhvədən imtina etmək isə qanın durulmasına səbəb olur.

İndi də qanı durulaşdıran bir sıra bitki və vasitələr haqqında sizə məlumat verək.

Nanə həm yaxşı əsəb sakitləşdirici, həm də qanı durulaşdırısı təsir göstərir, dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır.

Zəncəfil hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Qoz böyüklükdə hissə kökdən kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün çox təsirli vasitədir.

Sarıkök dağılmış qara ciyər hüceyrələrini bərpa edir. Gündə 2 dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

Udi-hindi qan durulducu və iltihab əleyhinə güclü təsirli vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

Biyan kökünün tərkibindəki qlisirizin maddəsi xəstələr üçün şəfa mənbəyidir, halsızları sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalıdır.

Sarımsağın qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Limon həm qandurulducu, həm də damar elastikliyini artıran əla vasitədir, tərkibi C vitamini ilə zəngindir.

Bu günlük bizdən bu qədər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması