Əhali azad edilən yerlərə nə zaman köçürüləcək? – Hökumət nə fikirləşir?

Paylaş
5 İzlənmə
1 Həftə Öncə

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər!
İşğaldan azad olunan ərazilərlə bağlı internetdə gəzən şayələr əhalinin müəyyən qismi tərəfindən həqiqət kimi qəbul edilir. Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Onun sözlərinə görə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, məcburi köçkünlərin qayıtması ilə bağlı fikirlər bir az dəqiqləşməlidir. Siyasi şərhçi hökumətdə bu işə məsul olan şəxslərin məskunlaşma ilə bağlı konkret vaxt deməməsinin narazılıq yaratdığını vurğulayıb.
Sitat: “Artıq 7 aydır ki, torpaqlar işğaldan azad edilib. Əhali ora qayıtmaq üçün daha nə qədər gözləməlidir? İnsanlar çox böyük həsrətlə gözləyirlər ora qayıdacaqları günü. Bu baş tutmadıqda narazılıq yaranır. Bu vəziyyətdən isə internet qəhrəmanları, xaricdə oturub dövlətə qarşı nifrət püskürən şəxslər istifadə edirlər.
Düzdür ərazilər minalanıb və oranın təmizlənməsi üçün hələ uzun illər lazımdır. Amma bu o demək deyil ki, əhali illərlə gözləməlidir. Hökumətin təmsilçilərdən, cavabdeh məmurlardan kimsə çıxıb desin görək bu iş nə zaman başa çatacaq? İnsanlar sonsuza qədər gözləyə bilməzlər. 30 illik həsrət onsuz da insanların səbr kasasını tarıma çəkib”. Sitatın sonu. M.Göyüşlü konkret vaxt deyilməsinin, görüləcək işlərin dəqiq olaraq təsvir edilməsinin vacib olduğunu bildirib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması