Biləndə ŞOK olacaqsız! İran 40 milyon Azərbaycanlını niyə 22 milyon göstərir?

Paylaş
2 İzlənmə
1 Həftə Öncə

İran 40 milyon Azərbaycanlı niyə 22 milyon göstərir?

Bu ilin martında Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, dünya azərbaycanlılarının 10 milyon 122 min 148 nəfəri müstəqil Azərbaycan Respublikasının sərhədləri daxilində yaşayır.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) 2019-cu ildəki məlumatına görə isə, hazırda dünyadakı azərbaycanlıların sayı 85-90 milyon arasındadır. Və həmin siyahıda soydaşlarımızın yaşadığı ölkələr belə sıralanıb:

Türkiyədə- 5 mln 500 min nəfər,
Rusiyada-8 mln nəfər,
ABŞ-da 1 mln 250 min nəfər,
Misirdə-900 min nəfər,
Gürcüstanda-750 min nəfər,
Pakistanda-650 min nəfər,
Ukraynada- 520 min nəfər.

DAK-ın siyahısında İordaniya, Kanada, Hindistan, Almaniya, Əlcəzair, Banqladeş, Böyük Britaniya, Qazaxıstan, Suriya, Braziliya, Fransa, Bolqarıstan, Yəmən, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, Norveç, Əfqanıstan, Türkmənistan, Rumıniya, İndoneziya, Səudiyyə Ərəbistanı, İtaliya, Çin, Macarıstan, Meksika, Avstriya, Küveyt, Oman, Sudan, Qırğızıstan, Tacikistan, İspaniya, Belçika, Yunanıstan, Polşa, Finlandiya, Albaniya, Argentina, Yaponiya, Avstraliya, Birma, Portuqaliya, Belarus, Monqolustan, Moldova, Latviya, İrlandiya, Estoniya, Malta, Litva, Çexiya, Slovakiya, İsveç, Butan kimi ölkələrdə yaşayan soydaşlarımızın da sayı açıqlanıb.
Və, maraqlıdır ki, 2019-cu ilə aid bu siyahıda cənub qonşumuz olan İranın ərazisində yaşayan azərbaycanlıların sayı 35 mln nəfər göstərilir.
Əhalisinin sayına görə, dünyanın on səkkizinci ölkəsi sayılan, 83 milyondan çox əhalisi olan İran İslam Respublikasının rəsmiləri isə, hər il soydaşlarımızın sayı barədə müxtəlif rəqəmlər söyləməkdədir. Görünür, vikipediyada İranın azərbaycanlı əhalisinin 83 milyondan çox əhalinin 16%-ini təşkil etdiyi barədə məlumat da bu qeyri-qətilikdən doğur.
https://az.wikipedia.org/wiki/İran

Müxtəlif mənbələrdə sayı 30-50 mln arası göstərilən Güneyli soydaşlarımız haqqında digər bir vikipediya səhifəsində -“ İran azərbaycanlıları” adlı səhifədə isə onların 22 mln olduqları haqqında məlumat verilir.

https://az.wikipedia.org/wiki/İran_azərbaycanlıları

Bu say mübahisəsini çox uzatmaq olar, amma mən, öz Güneyli qardaşlarıma inanıram. Bu ilin yanvarında Güney Azərbaycandan olan 29 deputat Azərbaycan-türk dilinin məktəblərdə tədrisi ilə bağlı İran parlamentinin sədrinə layihə təqdim edəndə müraciətlərini belə əsaslandırmışdılar: “İranda 40 mln türk yaşayır, amma onlar türk dilində təhsil almaq haqqından məhrumdur.”

https://aqreqator.az/az/siyaset/1187523

İran rəsmilərinin soydaşlarımızın sayını az deməsi cəhdinin arxasında nə dayandığını bilmirəm, amma deyəsən, cənub qonşularımıza ötən ilin 44 günündə vətənpərvərlik dərsi keçməyimiz onları “qane etməyib”. Gərək onlara hesab dərsi də keçək. Anladaq ki, 40 mln 83 mln-un 50%-ə yaxın bir hissəsidir, 16% yox.

S/T: Əslində, Güneyli soydaşlarımızın saylarının ildən-ilə az deyilməsinin arxasında dünyanın canından hələ çıxmayan Türk xofu, elmi dildə türkofobiya dayana bilər. Bu sözü ilk dəfə məndən eşidə bilərsiniz. Amma, bu termin onilliklərdir işlədilir. Tarixi isə daha qədimdir.

K/A: “Türkofobiya” termininin doğuluşunu Sədat Laçınərin 2001-ci ildə nəşr etdirdiyi “Bir başqa yöndən İngiltərə” (Bir başka açıdan İngiltere”) kitabında, hazırda ABŞ-da yaşayan erməni tarixçisi Jirayr Liparityanın (Gerard Libaridiyan) 2004-cü ildə yayımladığı “Modern Armenia: poeple, nation, state” kitablarında görə bilərsiniz. Amma əsl xof Hunların Avropaya gəlişində yaranıb. Qəribədir ki, bizdən dəfələrlə ötən əsrdəki yaralarımızı unutmağı tələb edən, ermənini bağışlamağı, onlara güzəştə getməyi məsləhət görən bəzi avropalı siyasətçilər, əsrlərdir “Türk xofu”yla yaşamaqdadırlar. Çünki onlar Türkün azadlıq yanğısına və döyüşkən ruhuna yaxşı bələddirlər.
Güney Azərbaycanlıların içindəki əzm, yenilməzlik bir də “Traktor” klubunun “səsində” əks-səda verir. Bu klub soydaşlarımız üçün mənəvi azadlıq, doğma dil deməkdir. Yəqin ki, hamınız, heç olmasa bir dəfə stadiondakı azarkeşlərin öz doğma dillərində səsləndirdikləri şüarları eşitmisiniz. “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Təbriz-Bakı-Ankara, biz hara, farslar hara?!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlar 40 milyonun Arazın bu tayındakı qardaşlarına qovuşmaq ümidinin ölməzliyindən xəbər verir. Hələ 2019-cu ildə “Sən çağırsan gələrəm...”-deyən soydaşlarımızın bu əzmi İran rəsmilərinin yuxusunu əməlli-başlı ərşə çəkmişdi.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması