SON DƏQİQƏ: Azərbaycanda polisi güllələdilər

Paylaş
8 İzlənmə
1 Ay Öncə

Beyləqanda polislər silahlı şəxsi tərksilah edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabr 29-u saat 23:00-da Beyləqan rayonu Aşağı Çəmənli kənd ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin 2 əməkdaşı bir nəfər şəxsin əlində ov tüfəngi olduğunu görüb, ona yaxınlaşaraq özünü və silahın sənədlərini təqdim etməsini tələb edib.
Həmin şəxs onlara müqavimət göstərib və silahdan atəş açıb. Nəticədə polis əməkdaşlarından biri, Sarvan Çıraqzadə ayağından xəsarət alıb.
Buna baxmayaraq polis əməkdaşları həmin şəxsi tərksilah edərək şöbəyə aparıblar. Müəyyən edilib ki, silahlı şəxs Aşağı Çəmənli kənd sakini Eldəniz Alışovdur. Ondan qanunsuz saxladığı bir ədəd ov tüfəngi götürülüb. Polis əməkdaşına isə ilkin tibbi yardım göstərilib vəziyyəti yaxşıdır. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması