Uşaqlarda Raxit xəstəliyi - Mülicəsi nədir?

Paylaş
6 İzlənmə
1 Həftə Öncə

Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48https://www.facebook.com/Dr-K%C9%99nan-Qarayev-Pediatr-928725953839787/
İnstaqram: dr.kenan_qarayev

Raxitin simptomları
Başlanğıc dövr – Uşağın 2-6-cı aylarına təsadüf edir. Uşaq oyanıq, yuxusu səthi olur, əvvəl ancaq qidalanma və yuxuya gedən zaman daha sonra davamlı tərləmə, ənsə nahiyyəsində tüklərin tökülməsi, əmgək kənarları yumşalır, kəllə tikişləri daha da yumşaq olur. Bu dövrdə müalicə olunmadıqda xəstəlik kəskinləşmə dövrünə keçir.

Kəskinləşmə dövrünün əlamətləri – uşaq süstləşir, fiziki və psixomator inkişafdan geri qalır, tez -tez tərləyir, çox yorulur. Kəllə sümüklərinin deformasiyasi yaranır – böyük əmgək kənarları boşalır, kiçik əmgəklərdə kəmərvarı sahələr əmələ gəlir, ənsə sümüyü bir tərəfli yastılaşır (karniotabia), alın və gicgah kvadrat formasında böyüyür (kvadrat kəllə, alim alnı), dişlər gec çıxır, çənədə qüsurlar yaranır, dişlərdə karies, üst damaq hündürləşir, burunda çökmə, döş qəfəsinin içəri batması – çəkməçi döş, bayıra qabarması – toyuq döş qəfəsi, raxitik təsbehlər, raxitik donqarlıq, kifoz, skolioz, ətraflarda deformasiya, borulu sümüklərdə yumuşalma əzələ tonusunun azalması nəticəsində – O vari (genuvarum) və X vari (valgum) deformasiyalar əmələ gəlir. Bir qayda olaraq belə uşaqlarda yastipəncəlilik olur, qarın əzələsinin boşalması nəticəsində qurbağa qarni əmələ gəlir. Raxit xəstəliyinin qalıq əlamərləri kimi sümüklərin deformadiyası, qaraciyər və dalağın böyüməsi, anemiya hallarının davam etməsini qeyd etmək olar.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması