Heydər Əliyev adına Ali Hərbi məktəbdə şəhidlərin anım mərasimi keçirilib

Paylaş
7 İzlənmə
1 Ay Öncə

Heydər Əliyev adına Ali Hərbi məktəbdə Vətən müharibəsi zamanı vaxtından əvvəl kiçik leytenant hərbi rütbəsi alaraq döyüşlərə yollanan, qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan kiçik leytenantlar Namaz Allahverdiyev, Sadiq Nəcəfli və Yaqub Nəcəfovun doğum günlərinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anma mərasimində məktəbin bir qrup zabit, müəllim heyəti, kursantlar və şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbirdə şəhidlərin keçdiyi qısa, lakin şərəfli ömür yollarından, Ali Hərbi Məktəbin kursantlarına və gənc nəslə örnək fədakarlıqlarından geniş söhbət açılıb. Onların xatirəsinin daima qəlblərdə yaşayacağı vurğulanıb.
Şəhid zabitlərin vaxtilə məktəbdə birgə təhsil aldıqları kursant yoldaşları onlarla bağlı xatirələrindən danışıblar.
Mərasimdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib, şəhidlərə həsr olunan videoçarxlar nümayiş edilib.
Sonda şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması