Faydalarını bilsəniz, mütləq istifadə edəcəksiz - Ölü yesə dirilər

Paylaş
16 İzlənmə
4 Ay Öncə

Əziz dostlar bu gün bayağı lazımsız videolar nədənsə trendə çevrilir. Videonu layk etsək, faydalı videolar daha çox göstərilməyə başlayacaq. Ona görə də bəyənmə düyməsini basaraq izləməyə davam etməyinizi xahiş edirəm.

Beləliklə başladıq.

Arı südü bir arıçılıq məhsuludur. Əvvəlcə, arı südü, qatı, şəffaf, bir az yapışqan kimi olur. Getdikcə abı, açıq-sarı rəngə çevrilir. Xüsusi iyə və dada malik olan arı südünün tərkibi mürəkkəbdir.
Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 amin turşusu aşkar edilib. Bununla yanaşı, dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlərlə də zəngindir.
Bəs, arılar arı südünü niyə istehsal edir? Ən maraqlı sual budur.
Arılar ona görə arı südü istehsal edir ki, ana arı yetişdirə bilsinlər. İşçi arılar xüsusi seçdikləri süfrəni 6 gün arı südü ilə qidalandırırlar. Başqa sözlə, mayalandırırlar. Yalnız arı südü ilə mayalanmış süfrə ana arı olur.
5-15 günlük işçi arıların udlağında yaranan, üst çənə vəzləri tərəfindən istehsal edilən arı südünün arıların yaşam tərzinə təsiri böyükdür. Belə ki, normal işçi arılar 40-50 gün yaşayarkən, arı südü ilə mayalanmış ana arıların ömrü 5-7 il qədər sürür.
Arı südünün təbiətin bir parçası olan insan orqanizmi üçün də faydası çoxdur. Bunu bilən ulularımızın “arı südü dadanın canı saz olar” deməsini indi daha anlaşılandır.
Bəli, arı südü:
-immuniteti gücləndirir;
-ömrü uzadır;
-xərçəng xəstəliyi ilə mübarizədə hazırda dünya əczaçılığında geniş istifadə olunmaqdadır;
-mikrobları məhv edir, həmçinin, yaranmasının qarşısını alır;
-sonsuzluğa son qoyur;
-damar tıxanıqlığını aradan qaldırır, qan axınını nizamlayır;
-diabet xəstələrinə arı südü verdikdən sonra onların həyat keyfiyyətləri yüksəlir;
-bronxial-astma və ya digər tənəffüs sistemi xəstəliklərinin müalicəsində olduqca faydalıdır;
-ağciyəri təmizləyir və bəlğəmi azaldır;
-uşaqların zehni və fiziki inkişafını sürətləndirir;
-əzələ və sümüklərin sağlam qalması üçün faydalıdır;
-sinirləri sakitləşdirir;
-qan təzyiqini stabilləşdirir;
-maddələr mübadiləsini sürətləndirir;


Necə ki, min bir dərdin dərmanı olan balın keyfiyyəti arının qidalanmasından asılıdır, arı südündə də belədir. Arının qidalandığı çiçək tozcuqlarından asılı olaraq, arı südünün effektivliyi də dəyişir. Bayaq qeyd etdiyim kimi, arı südü hazırda dünya əczaçılığında bir çox dərmanların hazırlanmasında istifadə olunur. Buna misal olaraq, vərəm, artrit, hipertoniya, qaraciyər xəstəlikləri, bağırsaq yaralarını müalicə edən dərmanları göstərmək olar. Nənəm demiş, “Allah yolunuzu aptekə salmasın”, amma dərman alarkən tərkibində arı südünün olduğuna dair məlumatı özünüz də oxuya bilərsiniz. Həmçinin, kosmetologiya sahəsində də arı südü sağlam xammal kimi üstünlük təşkil edir.
Ən yaxşısı, təmiz arı südündən istifadə etməkdir. Təbii ki, qaydasında...
İlk olaraq, bunu yadda saxlayın ki, axşam və gecə saatlarında arı südü qəbul etmək məsləhət deyil.
Daha yaxşısı, səhər yeməyi ilə günorta naharı arasında 2-3 dəfə, hər dəfə 150-180 mq olmaqla qəbul etməkdir. Ümumiyyətlə, çalışın ki, gün ərzində qəbul etdiyiniz arı südünün miqdarı 500 mq-dan artıq olmasın.
Əgər uşaqlarınıza verəcəksinizsə, gündə bir dəfə, günorta yeməyindən 1 saat əvvəl bəs edir.
Arı südünün dadında acılıq olduğundan, onu uşaqlarınıza verərkən balla qata da bilərsiniz. Sadəcə, burda nisbətin 50:1-ə olduğunu nəzərə alın. Yəni, 50 mq bala 1 mq arı südü qatın.
Bir də, arı südünü evinizdə saxlayarkən onun saxlama temperaturuna diqqət edin. Saf arı südü: −18 °C temperaturda 1 il, 0°C temperaturda isə cəmi 2 ay öz keyfiyyətini saxlayır. İşığa həssaslığına görə, hava və işıq keçirməyən qabda saxlanılması daha məqsədəuyğundur.
Sağlam həyatın zəmanəti olan arı südünü əldə etmək vətənimiz Azərbaycanın hər bir guşəsində mümkündür. Kiçik Qafqaz dağlarının təbii çiçəkləri ilə qidalanan arıların istehsal etdiyi arı südü Qazax rayonu ərazisində toplanır. Xüsusi buzlu qab içərisində qapınıza çatdırılır. Bəli, “Balçı” sizə min dərdə dəva balla yanaşı, təmiz arı südü də təklif edir.
Sifariş üçün 055 215 43 53 nömrəsinə zəng edə, yaxud “Balçı”nın instagram və facebook səhifələrinə yaza bilərsiniz:
İnstagram: balci.az
Facebook: Balçı
Arı südü, ümumiyyətlə, arıçılıq məhsulları ilə bağlı sizdə hansısa bir sual yaranarsa, “Balçı” hər an cavablamağa hazırdır...
“Balçı” –sizin ən sağlam dostunuzdur!

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması