Zəngəzur məsələsinə NÖQTƏ QOYULDU! - Leninə göndərilmiş SƏNƏD HƏR ŞEYİ AÇDI

Paylaş
2 İzlənmə
5 Gün Öncə

#BirBax #Zengezur #Zəngəzur
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Ermənilərin ən çox qorxduğu məsələ onların yalanlarını sübut edən arxiv sənədlərinin bir gün üzə çıxmasıdır. Qarşısını almağa çalışmayın, o sənədlər üzə çıxdı.

Siz bir bax kanalındasınız. Videonu bəyənərək, bu məlumatın daha çox adama çatmasında gəlin dəstək olaq. İndi də keçək əsas məsələyə…

Rusiya arxivlərindən erməni yalanlarını ifşa edən növbəti tarixi sənəd - 1920-ci ilə aid teleqram tapılıb. Teleqramın məzmunundan onun məhz birbaşa SSRİ-nin qurucusu Vladimir İliç Leninə ünvanlandığı məlum olur.

Həmin tarixi teleqramın məzmunu Zəngəzurun Azərbaycana aid ərazi olduğunu növbəti dəfə, həm də birmənalı şəkildə təsdiqləyir.
Teleqramda deyilir ki, Azərbaycan Sovet Respublikası Ermənistan hökumətinə ultimatum göndərib. Həmin ultimatumda Ermənistan hökumətinə qarşı aşağıdakı tələblər irəli sürülür:

- Ermənistan hökuməti Qarabağdan və Zəngəzurdan öz silahlı dəstələrini dərhal çıxartmalıdır;

- Ermənistan öz silahlı dəstələrini öz sərhədləri içərisinə çəkməlidir;

- Azərbaycanlı əhaliyə qarşı etnik qırğın dərhal dayandırılmalıdır...

Eyni zamanda, teleqramda sadalanan tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan Sovet Respublikasının özünü Ermənistan hökuməti ilə müharibə vəziyyətində hesab edəcəyi sərt şəkildə vurğulanır.

Bu tarixi teleqram bir daha təsdiqləyir ki, Ermənistan hələ SSRİ-nin qurulduğu ilk illərdən Azərbaycana qarşı işğalçılıq mövqeyi tutub. Azərbaycana aid əraziləri qeyri-qanuni şəkildə ələ keçirməyə cəhd göstərib.

Eyni zamanda, o dövrdə Azərbaycan Sovet Respublikasının rəhbərliyinin məhdud imkanlar çərçivəsində də olsa, Qarabağı və Zəngəzuru Ermənistandan qorumağa çalışdığı aydın olur.

Mənbə: Rusiya Federasiyasının dövlət arxivi, (Ф. Р - 130, Оп.4, Д.600)

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması