İlk gecənin ağrılı olmaması üçün 5 maddə

Paylaş
10 İzlənmə
1 Həftə Öncə

Toya hazırlaşanların qorxulu yuxusu-ilk gecə... Və bu gecəni dəhşətə çevirəcək ağrılar... Bəsit üsullarla ilk cinsi əlaqəni qorxuyla deyil, rahatlıqla yaşaya bilərsiniz. Bu üsullar hansılardır?
1. İlk cinsi əlaqəni ilk gecədə yaşamaq məcburiyyətində deyilsiniz. Toyda, onsuz da, çox yorulursunuz, ilk dəfə başqa bir evdə gecələyəcəksiniz, yeni bir həyatın başlanğıcındasınız... Bununla bərabər, mütləq deyil ki, vəzifə borcu kimi ilk gecədə cinsi əlaqəyə girəsiniz. Bir-birinizə xoş sözlər deyin, bir-birinizi daha yaxından tanımağa çalışın. Amma mütləq deyil ki, cinsi əlaqəyə girəsiniz. Bilirəm, ənənələrimizdə həmin gecənin səhəri zəng edənlər, “Gecə necə oldu?” deyə soruşanlar da var. Sadəcə, onu bilin ki, cinsi əlaqəyə girmək yalnız və yalnız sizin qərarınızdır.
2. İlk günləri bir-birinizi tanıyaraq, bir-birinizin bədənlərinə bələd olaraq, hətta öz bədəninizin səsinə qulaq asaraq keçirin. Cinsi orqanların birlikdəliyini əsas yeməkdən sonra yeyilən şirniyyat kimi düşünün. Bəs, əsas yemək nədir? Sevdiyinizlə keçirdiyiniz vaxtdır. Danışın, əl-ələ tutub gəzin, sevimli vərdişlərinizi sərgilədiyiniz kimi, bir-birinizin pis vərdişləri ilə də yaxından tanış olun. Yəni, bir-birinizi olduğu kimi tanıyın. Başqa sözlə, əsas yeməyi yeyib həzm etmədən şirniyyata meyl etməyin.
3. İlk gecə ilə bağlı danışılanlar zehninizi bulandırır və orqanizminizi gərginləşdirir. Bu bulanıqlığı və gərginliyi yox etmədən cinsi əlaqəyə girməyin. Və kiməsə də zehninizi bulandırmağa imkan verməyin. İnsan psixologiyasından, insan anatomiyasından bixəbər, xüsusilə də, yalnız mənfi hekayələr danışmaqdan zövq alan insanlarla bu barədə müzakirələr aparmayın.
4. İlk cinsi əlaqənizi aybaşıdan sonrakı dönəmə salsanız, daha asan olur. Bu ərəfədə qadın bədəni cinsi əlaqəyə daha hazır olur, hətta istəkli olur. Aybaşıdan sonrakı günlərdə ifraz olunan hormonlar sayəsində vagina genişləyir, rahatlayır. Yəni, zehin və bədən cinsi əlaqəni arzulayan bir vaxtda cinsi əlaqəyə girmək daha asan və daha həzzverici olur. Toy tarixinin bu ərəfəyə düşməməsindən narahat olmayın, dediyim kimi, cinsi əlaqəyə girmək yalnız sizin qərarınızdır və toydan bir neçə gün sonra da bu, baş verə bilər.
5. Əgər aybaşınızın vaxtı ilə toy tarixi üst-üstə düşürsə, bir çox dərmanlar qəbul edib aybaşını gecikdirməyə çalışmayın. Çünki: 1) dərmanlar orqanizmdə gərginlik yarada bilir; 2) sinir sisteminizə təsir edir, insanı aqressivləşdirir; 3) cinsi istəksizlik yaradır; Lütfən, toy ərəfəsində aybaşını gecikdirmək üçün bu dərmanları içib özünüzü aqressiv, narahat və yorğun hala soxmayın.
Bu 5 maddə ilə ilk gecəni qorxusuz, hətta zövqlü keçirə bilərsiniz.






“Demədi Demə Qadın” kanalı qadınların mütəlif mövzularda maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu kanalda yalnız qadınlar üçün faydalı ola biləcək, gələcəkdə onların işinə yarayacaq maraqlı məlumatlar yer alacaq. Qadın kanalımız Demədi Demə MMC-nin nəznində fəaliyyət göstərir. Kanalımızla bağlı hər hansı bir iradınız, təklifiniz varsa [email protected] ünvanına yaza bilərsiniz.

Reklam üçün əlaqə: 055 362 49 69

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması