Kişilərin Başının Bəlası PROSTAT! - Səhv Diaqnoz BELƏ QOYULUR

Paylaş
30 İzlənmə
1 il Öncə

#prostat #prostatit #RüfətƏsədbəyli
Uroloq - Androloq Rüfət Əsədbəyli
Tel: (+994 70 800 66 99)
Sayt: baku-urologiya.az
İnstaqram: uroloq_dr_rufat_asadbeyli
Facebook: Dr. Rufat Asadbeyli

Xroniki prostatit müalicə oluna bilən haldır. Prostatit nədir sualına cavab tapmaq üçün əlbəttə ki, prostat nədir sualını özünüz üçün aydınlaşdırmanız gərəkdir. Xroniki prostatit dedikdə prostat vəzinin uzun müddətdəq qalan iltihabı nəzərdə tutulur. Prostat vəzinin iltihabı iki formada təzahür edə bilər. Əlamətlərin kəskinlik dərəcəsinə görə bunlardan biri kəskin, digəri isə xroniki prostatit adlandırılır. Kəskin prostatit, prostat vəzin irinli iltihabı xəstəliyidir. Bütün digər kəskin iltihabı xəstəliklər kimi qızdırma ( hərarətin yüksəlməsi ), üşütmə, ümumi halsızlıq və.s əlamətlərlə müşahidə olunur. O cümlədən sidik ifrazının ağrılı olması və çətinləşməsi, qarının aşağısında, aralıq nahiyyəsində və anus ətrafı sahədə ağrı ilə müşaiyət olunur.
Xroniki prostatit olan xəstələrdə isə qızdırma, üşütmə, halsızlıq kimi əlamətlər olmur. Sidik ifrazındakı əlamətlər və ağrının xarakteri daha mülayim olur və cinsi sferada müəyyən dəyişikliklər yaranır. Xroniki prostatit olduqda xəstədə əlamətlər çox vaxt mövsümi xarakter daşıyır. Adətən soyuq aylarda kəskinləşir və daha qabarıq olur. İsti aylarda isə zəif nəzərə çarpır, yaxud ümümiyyətlə əlamətlər itir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması