Qarabağa gəlsə NƏ BAŞ VERƏR? - Bayraktardan da Güclüdür!

Paylaş
2 İzlənmə
1 Həftə Öncə

#Akrob #Bayraktar #Acrob
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Pilləkənləri qalxır, suda üzür, bütün maneəni aşa bilir. Müşahidə aparır və düşməni görən kimi elə yerindəcə məhv edir.

Türkiyənin hərbi sənayesi Bayraktardan sonra daha bir hərbi nailiyyətlə qarşımızda. Yeni silahın adı ACROB. Pilotsuz yerüstü vasitə.

Videoya keçməzdən əvvəl aşağıda yerləşən bəyən düyməsinə basın ki, bu video yutubda daha çox insanın qarşısına çıxsın və hər kəs türk dünyasının bu gücünü görsün.

“Acrob” döyüş əməliyyatları zamanı personal arasında itkilərin azaldılması, təhlükəli, girilməsi mümkün olmayan bölgələrdə kəşfiyyat və müşahidə aparılması, düşmən atəşi altındakı riskli bölgələrdə döyüş vəzifələrinin daha asan yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bu robotlar suda üzmək, çətin maneələri dəf etmək, pilləkənlərlə qalxmaq qabiliyyətinə malikdir, uzaqdan komanda ilə idarə olunur.

Yerüstü pilotsuz maşın Ankarada mənzillənmiş “Elektroland Defense” firması tərəfindən işlənib hazırlanıb. Beləliklə, Türkiyə öz silahlanmasına yerüstü insansız sistemləri daxil olan bir neçə ölkədən biri olub.

“Elektroland Defense” firması həmçinin “Acrob” robotlarının əllə atıla bilən, kəşfiyyat və müşahidə aparılması üçün nəzərdə tutulmuş mini versiyasını da işləyib hazırlayıb. Bu robotlar 600 metrə qədər məsafədən idarə edilə bilir, 5 kiloqram ağırlığındadır və çətin keçilən relyeflərdə, sığınacaqlarda, mağaralarda hərəkət edir.

Türkiyə pilotsuz uçan aparatlar və döyüş PUA-ları sahəsində sürətlə dünya liderlərindən birinə çevrilməkdədir. Bu pilotsuz uçuş aparatlarından biri olan Bayraktar TB2 dronlarının qarabağda düşməni necə məhv etdiyini yəqin ki hər biriniz xatırlayırsınız.

Qarabağ müharibə 44 gün davam etdi. 44 gün boyunca “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri kəşfiyyat, müşahidə kimi əsas vəzifələri ilə yanaşı aşkarlanan hədəfləri, o cümlədən hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirdi. Hansı ki, hava hücumundan müdafiə sistemləri əslində hava qüvvələrini zərərsizləşdirmək üçün nəzərdə tutulan çox güclü sistemlərdir.

Bununla yanaşı Bayraktar dronları tankları, zirehli maşınları, olduqca çox sayda artilleriya batareyalarını məhv etdi. Eskadrilyalar şəklində gecə-gündüz fasiləsiz olaraq, hər cür meteroloji şərtlərdə uçdu.

Bəhs edilən pilotsuz təyyarələr əslində robot-təyyarələrdir. “Bayraktar TB2”-nin içərisində 40-a yaxın kompüter var. Seriya istehsalı bu il başlayan və daha üstün göstəricilərə, döyüş qabiliyyətinə malik olan “Akıncı” pilotsuz döyüş təyyarələrində isə 100-ə yaxın kompeter var.

Qeyd edək ki, 44 günlük ikinci qarabağ müharibəsi zamanı Azərbaycan Türkiyədən idxal etdiyi “Bayraktar TB2” PUA larından istifadə edib. İstehsalçısı "Baykar Makina" şirkətinin texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur. Buna görə də Azərbaycanın bu PUA-lardan istədiyi qədər ixrac etməyə imkanı var.

"Bayraktar TB2"-nin uzunluğu 6 metr, kütləsi 650 kiloqramdır. Sürəti 250 km/saat-a qədər qalxa bilir. 8 min metrdən yüksəkliyə qalxa bilən PUA-nın idarəetmə məntəqəsindən 150 kilometr radiusda fəaliyyətinə nəzarət olunur. Dronun faydalı yükü 55 kiloqram olan 4 ədəd lazerlə idarəolunan raketlərdir. Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirir.

"Bayraktar TB2" zərbə PUA-sı, quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir. PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. PUA-nın çəni 300 litr yanacaq tutumuna malikdir. "Bayraktar TB2" idarəetmə radiusundan çıxdıqdan sonra tam avtomatik uçuşa nəzarət edə bilir, 3 ehtiyat avtopolit sisteminə malikdir. Dron yürüstü sistemlərindən asılı olayaraq tam avtomatik qalxma və enmə edə bilir. Əvvəldən müəyyən edilən marşrut üzrə GPS asılılığı olmadan özünün daxili naviqasiya sistemi ilə avtomatik uçuş edə bilir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması