#BirBax #Azerbaycan #bayraktar
Türkiyə Şərqdə ilk orqan nəqli edən ölkələrdən biri olduğundan orada təcrübə və imkanlar bizdən qat qat çoxdur. Türkiyədə demək olar 90% özəl və dövlət klinikalarında orqan nəqli həyata keçirən mərkəzlər, Amerika və Avropada ixtisaslaşmış professor həkimlər var. Bəs bu ölkədə orqan nəqlinin şərtləri nələrdir? Bu gün bir bax kanalında bunu biləcəksiniz.
Türkiyədə Azərbaycanda olunmayan orqanların nəqlləri həyata keçirilir. Bunlara mədəaltı vəz, ağciyər və ürək daxildir. Eləcə də hər il yüzlərlə xəstəyə qaraciyər, böyrək, göz nəqli olunur. Burada həm uşaqlara, həm böyüklərə, hətta yaşlı insanlara uğurla orqan nəqli edilir.
Türkiyənin bizdən bir daha fərqi meyitdən orqan köçürülməsidir. Buna görə orda canlı insandan olmayan orqan tapmaq mümkündür. Bəs maraqlıdır, Türkiyədə hansı orqanların nəqlini etmək olur?
Qaraciyər, böyrək, ürək, ağciyərlər (hətta 2 pay), mədəaltı vəz, nazik bağırsaq, sümük iliyi, kornea və sümük toxuması. Eləcə də Türkiyədə dəri, ürək qapağı, sinirlər, damarlar da nəql oluna bilir. Sümük toxuma və tendon nəqli skelet griftləri adlanır. Canlıdan donor olmaq üçün həmin insan xəstəyə 4-cü dərəcəyə qədər əqrəba-qohum olmalıdır. Böyrək çatışmazlığı, qaraciyər, ürək yetməzliyi, ağciyər xərçəngi, iflası, mədəaltı vəz xərçəngi, nekrozu, sirroz, qan xərçəngi və s. xəstələr Türkiyədə seçilən klinikada ən üstün səviyyədə yoxlanılıb, əməliyyata hazırlanır və uğurla əməliyyat olunur.
Kimlərə nəql oluna bilər?
Ürək, qaraciyər, böyrək yetməzliyi, dializ xəstələri, qan xərçəngi, sümük iliyi problemi olanlara. Heç bir yaş fərqi yoxdur. Önəmlisi xəstənin ümumi bədən orqanizm sağlıq vəziyyəti və xroniki digər xəstəliklərinin hansı mərhələdə olmasıdır. Hətta şəkər xəstələri, hepatit xəstələrinə də orqan köçürülə bilər.
Orqan nəqli dünyada ən çətin əməliyyatlardır. Təkrar olunma şansı azdır, çünki orqan tapılmır. Ona görə bu seçimi hər necə oldu etmək olmaz. Türkiyədə hazırda orqan nəqli üzrə ən müasir avadanlıq, texnikalar, xəstəxanalar, dərmanlar və sistemlər, analizlər mövcuddur. Bu klinikalar beynəlxalq qurumlara üzvdür.
Türkiyədə bütün Şərqdən çox sayda xəstələr əməliyyat olunur. Və bu ölkədə orqan nəqli əməliyyatı İsrail, Avropa və Amerikadan qat-qat ucuzdur. Orqandan asılı olaraq qiymətlər 5000-50 min dollar arasıdır. Bu qiymətə hər şey, 1 ay öncədən hazırlıq və 1 ay orda qalmaq daxildir.
Statistikaya və hesabata görə Türkiyədə bütün orqanlar üzrə nəql əməliyyatları 94% uğurla nəticələnir. Orada hətta 5-6 aylıq uşaqlar da, 80 yaşlı ahıllar da əməliyyat edilə bilir. Xüsusən qaraciyər, mədəaltı vəz, böyrək, ağciyər xərçənginin ən erkən mərhələsində metastaz vermədən təcili orqan nəqlinə başlamaq olar.
Orqan nəqli üçün birbaşa müraciət üçün Türkiyədə aylarla növbə gözləyə bilərsiz. Əgər siz qısa müddətdə lazımi həkimi tapıb, donorunuz varsa, Türkiyədə yoxlanıb, uyğun olun-olmamanızı bilmək istəyirsizsə və ya Türkiyədə ən qısa, sərfəli yolla bu əməliyyatlar barədə məlumat almaq istəyirsizsə, Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilərsiz.
Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Artıq şirkətin rəsmi ofisi Bakıdadır.
Digər turizm agentliklərindən fərqi:
1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir.
2. Həm Bakıda, həm də Türkiyədə ofislərin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracılara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.
Orqan nəqli ilə bağlı bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.
Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07
info@biggrouphealthtourism.com
Videoları qaçırmayın
Videoları qaçırmayın