İtkin düşən daha bir hərbiçimiz tapıldı - Şəhid Polkovnik - Leytenant Atəm Əliyev dəfn olundu

Paylaş
9 İzlənmə
1 Ay Öncə

#şəhid #AtemƏliyev #Ağdaş

Abune OLUN: https://goo.gl/uTwuqu


Şəhid polkovnik-leytenant dəfn edilib.
44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq itkin düşən, dünən isə şəhid xəbəri gələn tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi doğulduğu Ağdaş rayonunun Abad kəndinə gətirilib. Dəfn mərasimində Müdafiə nazirliyinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirləri və əsgər yoldaşları, eyni zamanda, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abad kənd qəbiristanlığında ,Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.

Şəhidimiz Atam Əliyev sonuncu dəfə sentyabrın 27 də ailə üzvləri və oğlu ilə telefonla danışıb.

Sinx. ŞƏHİDİN OĞLU

Sinx. ŞƏHİDİN ƏMİSİ

Qeyd edək ki, polkovnik-leytenant Atəm Əliyev 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan ordusuna həsr edib.
Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb. Ailəli və iki övladı var idi.







Əlaqə üçün: Watcap nömrələri (070) 343-95-58 (050) 807-55-89

Ən son xəbərləri https://sia.az/ saytından oxuya bilərsiniz.

Ən yeni videoxəbərləri https://tv.sia.az/ izləyə bilərsiniz.

HAQQIMIZDA

Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - “Səs” Media Qrupuna daxil olan Səs İnformasiya Agentliyi (SİA) 2008-ci ildə yaradılıb. Fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən SİA-nın ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “on-line” xəbər xidməti göstərir və ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, video görüntülər, həftəlik və aylıq təhlillər, statistika, proqnozlar, xüsusi fotosessiyalar təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SİA-nın tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu təhlillər hazırlayır, monitorinqlər keçirir. SİA foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.

Agentlik xarici ölkələrin xəbər resursları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SİA Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır. SİA-nın redaksiyası Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 66, ünvanda yerləşir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun