Bu 1 Stəkan Çay Sizi Xəstəliklərdən XİLAS EDƏCƏK

Paylaş
13 İzlənmə
2 Ay Öncə

#BirBax #dazıotu #sağlamlıq
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Bu bir stəkan çay nə qədər xəstəliyi sağalda bilər? Mədə bağırsaq xəstəlikləri, öd problemləri, qastrit, ürək döyüntülərinə kimi bir çox xəstəliklərin müalicəsində istifadə edilən bitkidən danışacam bu gün. Əminəm ki, bu məlumat çox işinizə yaracaq. Diqqətiniz məndə olsun. Videomuz başlayır.

Dazıotu mədə-bağırsaq xəstəliklərində - ishal, öd durğunluğu və öd yollarında spazm, qastrit, kolit daha çox istifadə olunsa da, faydaları bununla bitmir. Bəzilərinə nəzər salaq:
????️Qan dövranını yaxşılaşdırır.
????️Depressiyanı aradan qaldırmağa kömək edir.
????️Dəri ləkələrinə qarşı effektivdir.
????️Artmış ürək döyüntülərini (taxikardiya) normallaşdırır.
????️Sinir ağrılarını azaldır.

Tərkibi flavonoidlərlə, karotin və askorbin turşusu ilə zəngindir. Mədə-bağırsaq xəstəlikləri zamanı büzücü, iltihab əleyhinə antimikrob təsir göstərir, toxumalarda regenerasiyanı sürətləndirir. Öd kisəsinin durğunluğu, öd kisəsinin və öd yollarının iltihabı zamanı ödü durulaşdırır, öd yollarındakı gərginliyi azaldır ödqovucu təsir göstərərək ödün on iki barmaq bağırsağa tökülməsini asanlaşdırır. Həzm traktının xəstəliklərində geniş istifadə olunur.

Qan damarlarını genişləndirir və qan dövranını yaxşılaşdırır. Mərkəzi sinir sisteminin pozğunluqları zamanı da dazıotu geniş istifadə olunur. Nevrozlar və yuxusuzluq zamanı çox gözəl antidepressant effekt verir. Dazıotundan arıqlama zamanı da istifadə etmək olar. Maddələr mübadiləsini yaxşılaşdırır, orqanızmdən artıq mayeni çıxarır, iştahanı azaldır və bir sözlə insanı artıq çəkidən azad edir.

Son illər Avropada Dazıotundan depressiyanın müalicəsində geniş istifadə olunur. Onun təkibində tapılan hiperforin və adhiperforin maddələri serotonin, noradrenalin, dofamin kimi maddələrin miqdarını artırır, bu təsiri sayəsində depressiyanı müalicə edir.

Bu bitkinin dəmləməsi bədənimizə daxil olan kimyəvi dərman maddələrinin daha sürətli parçalanmasına və toxumalarımızda yığılıb qalmamasına şərait yaradır. O səbəbdən bütün növ kimyəvi dərmanlarla birlikdə təyini məqsədəuyğundur. Bu bitkidə tapılan hiperisin və hiperforin maddələri dəridə qaşınma və ləkə kimi problemlərdə yaxşı təsir edir, dərini yeniləmək üçün istifadə olunur.

Əsasən meşə kənarlarında, kolluqlarda, əkin yerlərinin kənarlarında, becərilməyən yerlərdə bitir. Meşə yolları və sahələrin ətrafında alaq otu kimi gözə dəyir. Azərbaycanın bir çox rayonlarında yayılıb. Tibbi məqsədlə adi dazı bitkisinin yerüstü hissəsindən (Herba Hyperici) istifadə edilir. Bitki çiçəkləmə dövründə yerdən 8-10 sm hündürlükdə kəsilərək yığılır. Kölgədə, yaxud quruducularda 35-40° S temperaturda qurudulur. Düzgün qurutduqda bitkinin rənki dəyişilmir və təzə bitkidə olduğu kimi xoş balzamik ətrə malik olur. Qurudulmuş xammalın öz keyfiyyətini saxlama müddəti 3 ildir.

Xalq təbabətində yara, xora və müxtəlif travmalarda, kəskin yolxucu xəstəliklər: vərəm, qızdırma və xoşxassəli törəmələrində işlədilir. Bu bitki qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində müalicə üçün yararlıdır. Bitki vitiliqo xəstəliyinin müalicəsində, ağız və boğaz xəstəliklərinin müalicəsində, yanıq və yaralanmalarda işlədilir. İbn Sina adi dazının, oturaq siniri iltihabını götürdüyünü, güclü sidikqovucu və yarasağaldıcı effektlərə malik olduğunu qeyd etmişdir.

Əks göstəriş - Qaraciyər nahiyyəsində xoşagəlməz duyğular, ağızda acılıq hıssi, qəbizlik, iştahın pozulması. Qan təzyiqini qaldırdığından hipertoniyaya meyillik – Yəni yüksək qan təzyiqi zamanı qəbul edilməsi məsləhət görülmür.

İndi də sizə ev şəraitində hazırlana biləcək bir neçə resepti təqdim edirik:

- Bir xörək qaşığı bitki 1,5 stəkan qaynanmış suda termosda dəmlənilir. Gündə 3 dəfə yeməkdən 20-40 dəqiqə əvvəl 1/3 stəkan qəbul edilmə

- 2-3 xörək qaşığı bitki 2 stəkan qaynanmış suda dəmlənərək məhlul şəklində gün ərzində qəbul edilir.

- Bir çay qaşığı bitki 250 ml qaynanmış suda dəmlə Gündə 2-3 stəkan qəbul edilir. Bir neçə həftə ardıcıl qəbul edilməlidir.

Xəstəliklərin dərman bitkilərilə müalicəsinə çalışmaq lazımdır. Çünki təbii vasitələr zəhərlənmə törətmir və orqanizmdən qısa müddətdə xaric olur. Bütün hallarda, bitkilərlə müalicə zamanı həkimlə məsləhətləşməyiniz tövsiyyə edilir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması