İran Əsgərləri QARABAĞA BELƏ GİRDİ - Zəngilan ətrafında...

Paylaş
8 İzlənmə
1 Ay Öncə

#BirBax #Azerbaycan #İran
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Qarabağ müharibəsi bitib, lakin müharibə vaxtı yaşanan və gizli qalan olaylar indi üzə çıxır. Sən demə İran müharibə gedən günlərdə Azərbaycana mane olmaq üçün dəfələrlə cəhdlər edib.

Təsəvvür edin, İran əsgərləri gizli yolla Azərbaycan ərazisinə daxil olur və ordumuzun keçəcəyi yolda tələ qururlar. Nə haqla? Buna kim imkan verir?

Bir Bax kanalındasınız dəyərli izləyicilər. Bu videonu maksimum şəkildə paylaşın ki, yutubda daha çox insanın qarşısına çıxsın və İranın bu hərəkətini hər kəs görsün.

İranın İkinci Qarabağ müharibəsi zamanı etdiyi təxribatlar indi üzə çıxır.

"Caliber" yutub layihəsinin hazırladığı sujetdə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suveren ərazilərinə daxil olubmuş.

Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub.

Məlumata görə, kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!

Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb. Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib.

Hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndindən qayıdıb və daha 20 km əlavə məsafəni qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması