ŞOK! Sahildən bədəni balıq başı insan olan varlıq tapıldı

Paylaş
13 İzlənmə
2 Ay Öncə

Dəniz qızı mövcuddurmu?

Şifahi xalq ədəbiyyatına nəzər salanda əcdadlarımızın dəniz qızının mövcudluğuna inandıqlarını görə bilirik. Amma bir məsələ var ki, indi fakt olmadan kiməsə nəyisə sübut eləmək mümkün deyil. Bəs, görəsən, dəniz qızı, həqiqətən, mövcuddur? Yoxsa o, bir təxəyyülün məhsuludur?
Cenni Heniver (Jenny Haniver). Bu dəniz qızı orta əsrlərdə Antverpendə peyda olub. Dənizçilər onu Cenni Heniver adlandırıb və turistlərə sərgiləyiblər. Orta əsrlərdə o, dəniz qızının mövcudluğunun sübutu kimi dəyərləndirilib. Amma bu varlığı paranormal nəsnə kimi görənlər də tapılıb. Onu “şeytan”, “dinin düşməni” sayıblar.
Tenşou-Kiyuşa məbədi. Dənizçilərin dəniz qızı haqqında hekayələr danışması onların pis vərdişi kimi də dəyərləndirilir. Hərçənd, hələ heç bir dənizçi onun varlığını sübut edəcək real faktlara sahib olmayıb. Hətta elə dənizçilər var ki, gördükləri canlının şəklini çəkməyə də cəhd ediblər. Di gəl ki, elm onların danışdığı dənizçi hekayələrini təsdiqləmir. Ən qədim dəniz qızı mumiyası Yaponiyada saxlanılır. 70 sm uzunluğundakı mumiyanın yaşı 300 il hesablanır. Bədəni balıq olsa da, başı saçsız insan başıdır. Quyruğunun uzunluğu 20 sm-dir. Mumiyanı araşdıran alimlər də müəyyən suallara cavab axtarırlar. Məsələn; Dəniz qızı varmı? Yoxsa onlar dağ rahiblərinin uydurmalarıdırmı? Aparılan araşdırmalardan sonra elm adamları suallarına dəqiq cavab ala bilməsələr də, bir şeyi etiraf etməkdən çəkinməyiblər: “Mumiya bütöv bioloji varlığa aiddir...”

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması