Əslində Hansı Almanı Yeməliyik: Yaşıl, Yoxsa Qırmızı?

Paylaş
4 İzlənmə
1 Həftə Öncə

Reklamlarınızın kanalımızda yayımlanması üçün əlaqə 0507244388
- Facebook adresi: Tahire Elirzayeva - https://www.facebook.com/a
- İnstagram: Saglamliq_axtarisinda
https://www.instagram.com/saglamliq_axtarisinda/?hl=tr
Facebook səhifəmiz: Saqlamliq axtarisinda
https://www.facebook.com/SaqlamliqiniziQoruyun/
Diabet xəstələri daha çox yaşıl alma əvəzinə qırmızı alma yeməlidirlər.
Yaşıl alma karbohidratlarla daha zəngindir və lifləri çoxdur. Buna görə də daha faydalı hesab olunur.
Yaşıl alma qırmızı alma ilə müqayisədə gözəllik baxımından da daha faydalı sayılır.
Pəhriz saxlayanlar da tərkibindəki liflərin çoxluğuna görə yaşıl almaya üstünlük verməlidir. Həmçinin tərkibindəki A, B, C və E vitaminləri sayəsində dəri xərçənginə qarşı da faydalı sayılır, dərini gözəlləşdirir.

Yaşıl almanın xüsusiyyətləri

Yaşıl alma enerji və vitamin mənbəyidir. İçindəki ən vacib vitamin C vitaminidir. Ancaq bununla yanaşı tərkibində bolluca B1, B2, PP, B5, B9, Provitamin A və E də var.
Vitaminlərin konsentrasiyası qabığın altında olduğundan, xüsusilə qabıqla birlikdə yeyilməlidir. Çox aşağı kalorili olan yaşıl alma pəhrizlərin ən vacib qidasıdır. Səhərlər acqarına yeyildikdə qanı təmizləyir və bədəndəki toksinləri xaric edir.
Böyrəkləri təmizləyir. Xolesterolun azaldılmasına kömək edir. Revmatizm və podaqra üçün faydalıdır. Yuxu problemi olanlara kömək edir. Qan şəkərini tarazlıqda saxlayır. Yaşıl alma sayəsində bağırsaq parazitlərini də tökə bilərsiniz. Mükəmməl antioksidandır və bədəni təmizləyir. Həzm sistemi üçün çox faydalıdır. Lif sıxlığı qabıqda olduğundan qəbizlik problemi zamanı qabığı ilə bərabər yeyilməlidir. Bundan başqa, yaşıl alma nəfəsalmanı rahatlaşdırır, siqaretin ağciyərlərə vurduğu zərərləri aradan qaldırmağa kömək edir.

Qırmızı almanın xüsusiyyətləri
Alma dünyanın ən çox istehlak edilən meyvəsidir. Təxminən 25 fərqli növü var. Qırmızı alma əzələ quruluşuna və sinir sisteminə müsbət təsir edir. Hüceyrələrin yaxşı işləməsinə və toxumaların sağlamlığına töhfə verir. İnsana yüksək enerji verir. Tərkibi vitaminlərlə yanaşı, maqnezium, fosfor, kalium, kalsium, dəmir, sink və manqan kimi bir çox aktiv maddələrlə zəngindir. Böyrəkləri təmizləməyə, yüksək qan təzyiqinin qarşısını almağa kömək edir. Qan şəkərini nəzarətdə saxlamağa yardımçı olur. Revmatizm və qut xəstəliyində insana kömək edir.
Ümumilikdə isə alma diş sağlamlığı üçün də çox faydalıdır. Gördüyünüz kimi, alma Allahın yaratdığı əvəzssiz nemətlərdəndir. Mütləq faydalanmalıyıq. Mütəxəssislər həftədə ən azı beş ədəd alma yeməyi məsləhət görür. Özü də qabıqlı. Bir daha vurğulayaq ki, almanın lifləri ən çox qabığa yaxın hissədə olur deyə, daha xeyirli hissə də orasıdı. Amma bu gün almalar tez xarab olmasın deyə, onlara parafin kimi kimyəvi maddələr vurulur. Beləcə anbarlarda uzun müddət saxlana bilir. Parafin isə insan orqanizminə çox ziyan vurur. Və almanı nə qədər yuyursan yu, parafin təmizlənmir. Buna görə də alma alarkən diqqət edin, kənddən, bağdan gələn, qabığı parıldamayan, yapışqan olmayan alma alın. Ya da məcbursunuz ki, qabığı soyub yeyəsiniz. Bu da sizi faydalı maddələrdən məhrum buraxacaq.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması