Əsəbiləşəndə 1 Dənəsini Yeyin! - ÜZÜNÜZÜ GÜLDÜRƏCƏK

Paylaş
8 İzlənmə
2 Gün Öncə

#BirBax #Xiyar #Turşu
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Salatlarda, yağlı yeməklər zamanı çoxlarımızın sevərək yediyi duzlu xiyarın, əslində bir çox xəstəliklərə çarə olduğunu bilirdiniz?
Dəyərli izləyicilər, bir bax kanalındasınız. Videomuza keçməzdən əvvəl aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək ola bilərsiniz.
Turşu xiyar qışda xörəkləri dada gətirən, həm də salatlara əlavə edilən inqrediyentlərdəndir. Müəyyən miqdarda xiyar turşusu təkcə orqanizm üçün deyil, həm də beyin üçün faydalıdır.
Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.
Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.
Təkcə turşuya qoyulmuş tərəvəzlər deyil, fermentləşdirilmiş oxşar məhsullar da emosional vəziyyətə müsbət təsir göstərir.
Kalori dəyərindən danışsaq, xiyar turşusunun reseptində klassik olaraq su, duz, bibərdən istifadə olunubsa, təxminən 100 qramında 11-16 kalori olur. Tərəvəzi duzlu suya qoyan zaman kalori dəyəri aşağı düşür.
Xiyar həqiqətən unikal məhsuldur. Bu tərəvəzin 98% -i sudan ibarət olmasına baxmayaraq, zəruri minerallar və vitaminlərlə zəngindir.
Alimlər bildirirlər ki, turşu xiyar bağırsaqlara mükəmməl təsir edir. Qandakı xolestrolu aşağı salır, maddələr mübadiləsini sürətləndirir.
Əksər idmançı bu məhsulu qida rasionuna əlavə edib. Çünki bu məhsul insan dözümlülüyünə müsbət təsir göstərir, sümükləri gücləndirir. Xiyar bədəndə xərçəngin inkişafının qarşısını almaq üçün kömək edə bilən antioksidanları ehtiva edir
Kalium və maqnezium sayəsində, ürək damar sistemi, qan təzyiqi normada olur. Qanda qatılaşma, tromboz, infarktın qarşısını alır.
Duzlu xiyar mövsüm xəstəliklərindən qorunmağa kömək edir. Bu məhsul bədəndən toksinləri aradan qaldırmağa və hətta cavanlaşmağına da kömək edir.
Lakin faydalı xüsusiyyətləriylə yanaşı,xiyar turşusunun bəzi zərələri də var. Mədə-bağırsaq traktının xəstəlikləri zamanı, qastrit, xora xəstəliklərdən onu yemək tövsiyyə edilmir. Çünki bu məhsul mədədə turşuluğun səviyyəsini artırır, mədədə yaranmış olan problemi ağırlaşdırır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması