Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi media tura qatılan "Yeni Müsavat" əməkdaşı Elşən Balaxanılı xəbər verir ki, hazırda rayonda ANAMA mütəxəssisləri işləyir. Minaların zərərsizləşdirilməsi həyata keçirilir. Zəngilanın əzəli sakinlərinin öz yurdlarına qayıtmaları üçün tədbirlər görülür.
1993-cü ilin 29 oktyabrında işğal olunan rayon 2020-ci il 20 oktyabrda düşməndən təmizlənib, azad olunub. İşğala qədər rayonda 50 min nəfərə yaxın əhali yaşayıb. Zəngilan şəhəri daxil olmaqla rayonun ərazisində 5 qəsəbə, 79 kənd olub. İşğal dövründə Zəngilanda evlər yandırılıb, talan edilib.
Videoları qaçırmayın
Videoları qaçırmayın