Bir Qaşığı Sizi CANAVAR EDƏCƏK - Qədim DİRİLİK Resepti

Paylaş
14 İzlənmə
2 Ay Öncə

#BirBax #Azerbaycan #sağlamlıq
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Salam əziz tamaşaçılar. Bir Bax kanalımızda mütəmadi olaraq xalq təbabətinə aid olan, uzun illər ərzində sınanmış və çox effektiv qarışımları sizə təqdim edirik. Müxtəlif xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə olaraq təqdim etdiyimiz bu qarışımlardan daha birini bu gün sizin üçün hazırlamışıq. Təqdim edəcəyimiz qarışım sizin üçün əsl immunitet mənbəyinə çevriləcək. Diqqətiniz məndə olsun. Videomuz başlayır.

Göz sağlamlığı üçün, yaxşı yaddaş, eşitməni gücləndirmək və ən əsası immuniteti artırmaq üçün çox sadə bir resepti təqdim edək. Bunun üçün bizə qoz, bal, yerkökü və limon lazımdır. Gördüyünüz kimi hər evdə ola biləcək ərzaqlar.

Əvvəlcə bir ədəd Yuyulmuş və təmizlənmiş yerkökünü doğrayırıq. Daha sonra bir ədəd iri limon götürürük. Ardınca bir qaşıq sodanı bir 500 milli ilıq suya töküb qarışdırırıq. Limonu sodalı suda 10 dəqiqə saxlayırıq. Sodalı sudan limonu çıxardıb quruduruq.Qurutduqdan sonra qabıqları ilə birlikdə xırda xırda doğrayırıq. Limondan sonra 50 qram qozu xırdalayırıq. Bütün məhsulları blendərə töküb sabit qarışım alınana kimi qarışdırırıq. Sonda hazır qarışıma bir xörək qaşığı bal və bir çay qaşığı zeytun yağı əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Budur sadə və orqanik qarışımınız hazırdır. Gündə bir dəfə, səhərlər ac qarına yeməkdən 40 dəqiqə əvvəl qəbul edə bilərsiniz. Və yaxud səhər yeməyindən 1-2 saat sonra.

Lakin burada söhbət təmiz baldan gedir. Bal ilə hazırlayacağınız hansısa bir qarışımlarda balın tam təbii olması vacibdir. Tam təbii bal qarışımın təsir gücünü 1-ə 5 artırır və siz daha tez nəticə görə birsiniz. Sizə özümüzün də bu gün istifadə etdiyimiz bir balı məsləhət görəcəyik. Astara və Lerik dağlarının sıx meşələrində, Arıçı Vidadiyə məxsus təsərrüfatda, arıların 1000-dən çox şəfalı güldən etdiyi bu təbii bal sizə sağlamlığınızı tam geri qaytaracaq. Təqdim etdiyimiz nömrə ilə əlaqə saxlayaraq, bu təbii baldan ala bilərsiniz. Çatdırılma mümkündür.

Artıq uzun illərdir sübut olunub ki, vitamin və minerallarla zəngin olan yerkökü bir çox orqanlar üçün faydalıdır, xəstəliklərlə mübarizədə böyük rola sahibdir. Təbii vitamin mənbəyi sayılan yerkökü qaraciyərə çox müsbət təsir göstərir. İnsan bədəninin ən həssas orqanlarından olan qaraciyərin lazımsız maddələrdən təmizlənməsində yerkökünün böyük faydası olduğu bildirilir.

Yerkökü bağırsaq qurdlarını saldığı üçün dünyanın bir çox ölkələrində uşaqlara mütəmadi şəkildə verilən tərəvəzlərdən biridir. Bu tərəvəzin tərkibində olan vitamin və maddələr uşaqlarda boy artımına kömək edir. Tez-tez yerkökü yeyən insanların immunitet sistemi güclü olur deyə onlar az xəstələnirlər. Yerkökü dişlərin və sümüklərin güclənməsində faydalıdır.

Bu tərəvəz qəbizliyi aradan qaldırır, bağırsağın fəaliyyətini yaxşılaşdırır. Həkimlərin fikrincə, yerkökü xolestrolu azaldır, damarları gücləndirir, qan dövranının yaxşılaşmasına müsbət təsir göstərir. Alimlərin araşdırması nəticəsində məlum olub ki, A vitamini ilə zəngin olan yerkökü orqanizmdəki hüceyrələrin yenilənməsinə kömək edir. Yerkökünün zehni fəaliyyəti yaxşılaşdırma, yaddaşın güclənməsinə köməklik göstərmə kimi faydaları da var.

Limonun tərkibi antioksidantla və C vitamini ilə zəngin olduğuna görə faydalı hesab olunur. Limon həm də təbii antibiotikdir. Xərçəng əleyhinə olan limon dəriyə, saçlara, mədə xəstəliklərinə, qəbzliyə və boğaz ağrılarısına təbii dərman vasitəsi hesab olunur. Limonun vətəni tam dəqiq bilinməsə də ehtimal olunur ki, şərqi Himalay dağlarında yetişib.

Orta boy limonun tərkibi karbohidrat, protein, lif, kalsium, vitamin A, vitamin C və dəmirlə zəngindir. Limon yüksək temperaturu aşağı salır. Diş ağrısı zamanı limonun suyunu ağrıyan dişə tətbiq etsək ağrı effektini itirər. Burun qanayan zaman pambığa limon suyu tətbiq edərək buruna sıxılan pambıq qanamanı dayandıracaq. Zərərlərinə gəldikdə isə limonun çox istifadəsi qan təzyiqini aşağı sala bilər. İshal problemi olan insanların limon yeməsi məsləhət görülmür.

Haqqında danışdığımız qarışəma ən əsas yerlərdən biri də təbii bal tutur. Bal bədəndən zərərli toksinləri çıxaran əla antioksidantdır. Zərərli toksinlər bədəni tərk edəndə mədə-bağırsaq traktının və dərinin vəziyyəti yaxşılaşır. Balın bununla bağlı faydaları zamanla və bir çox klinik tədqiqatlarla sınanıb.

Bal eyni zamanda arıqlamağa kömək edir. Bundan başqa xolesterolu normallaşdırır, yaddaşı yaxşılaşdırır. Balda kalsium da var, beyin tərəfindən asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Balın istifadəsinin əhəmiyyətli nəticələri təxminən 2-3 ildən sonra görünə bilər.

Mütəmadi bal yeyən insanlarda ürək xəstəlikləri riski digərlərinə nisbətdə az olur. Tərkibindəki antioksidantlar damarların daralmasının qarşısını alır və normal qan dövranını bərpa edir. Balın ürək problemləri olanlar üçün çox faydaları var.

İndi sizi təbii balın vətəni olan, Astaranın Miki kəndini göstərəcəyik...

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması