Hər gün 2 Stəkan İçin! - Köhnə Həkimlərin SİRRİ

Paylaş
8 İzlənmə
1 Həftə Öncə

#BirBax #Azerbaycan #nanə
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Hələ qədim zamanlardan bir çox bitkidən tibbdə müalicəvi vasitə kimi istifadə ediblər. Belə məşhur bitkilərdən biri də nanədir. Adi qaraçay yerinə nanə çayı içməyi sevənlər çoxdur. Amma dərman vasitəsi kimi bu bitkinin qəbulu bəzi hallarda sizə zərər belə verə bilir. Əsas məsələ istifadə olunacaq ölçünü bilməkdir. Bu gün bir bax kanalında Nanə çayının istufadə qaydalarından danışacam. Diqqət ekrana.

Nanənin tərkibində bol miqdarda vitamin var. Bu səbəbdən də, orqanizmdə yaranan bəzi narahatlıqlar zamanı nanə köməyə çatır. Nanənin dəmlənməsi və qurudulması üsulları çox adamı maraqlandırır. Məhz buna görə də, müxtəlif xəstəliklər zamanı nanənin qəbuledilmə üsulları haqqında video hazırlamağa qərar verdim.

Bitkinin faydaları hələ qədim zamanlardan insanlara məlum idi. Onunla bağlı ilk yazılı mənbələr qədim Misir xanədanlıqlarına aiddir. Qədim Romada nanənin köməyilə mədə-bağırsaq traktatı xəstəliklərini, həmçinin, dəridəki səpkiləri müalicə edirdilər. Bitkidən tonuslaşdırıcı kimi və bədənin müqavimətini artırmaq üçün istifadə olunub. Nanə suyu havanı təmizləyir. Bəzi filosoflar nanə yarpağı çeynəməyi adət etmişdilər. Onlar düşünürdülər ki, bitkinin yarpağı beyin damarlarını açır. Qədim mədəniyyətlərdə nanənin pis ruhları evdən uzaq tutduğuna dair inanclar da mövcud idi. Digər bir inanca görə, gənc qızlar yastıqlarının altına nanə qoyub yatarsa, yuxuda gələcək həyat yoldaşını görür.

Demək olar ki, hər bir evdə qurudulmuş nanə yarpağı var. Nanənin faydaları çoxdur. Məşhurluğunu tərkibindəki vitamin və mineral zənginliyinə borcludur. Qoxusu və dadından əlavə, nanədən hazırlanan bir çox məhlul və vasitə də insanların köməyinə çatır. Tərkibindəki əsas elementlər bunlardır:

-suda həll olunan B qrupu vitaminləri və C vitamini;

-keyidici xüsusiyyətə malik olan təbii birləşmələr;

-antioksidantlar;

-beta-karoten;

-təbii turşular;

-mikroelementlər (fosfor, maqnium, natrium və s.);

-bitki mənşəli zülal;

-qida lifləri;

-qətran;

-şəkər;

Təbiətdə nanənin bir neçə növü mövcuddur. Onlar bir-birindən kimyəvi tərkibinə, ölçülərinə və qoxusuna görə fərqlənir. Daha geniş yayılanı acı nanədir. Onu geniş əkin sahələrində və həyətyanı bağçalarda əkib-becərirlər.

Nanənin orqanizmdə gördüyü işlərdən bəzilərini xüsusi qeyd etmək lazımdır:

Ağrıları azaldır və iltihabı minimuma endirir;

Qan təzyiqini və damarların periferik müqavimətini aşağı salır;

Stressi aradan qaldırır, sakitləşdirir, sinir sisteminin işini normallaşdırır;

Mədə-bağırsaq traktatı orqanlarının fəaliyyətini nizama salır;

Öd suyu ifrazını stimullaşdırır;

Yaddaşı gücləndirir, beynin funksiyasını yüksəldir;

Virus səbəbilə yaranan xəstəliklərlə mübarizə aparmağa kömək edir;

Şişkinlikləri aradan qaldırır;

Saçları və dırnaqları möhkəmləndirir;

Ağızdakı pis qoxularının qarşısını alır;

İştahı azaldır;

Bədxassəli şişlərin bölünməsinin və inkişafının qarşısını alır;

Müxtəlif infeksiyalardan sonra sağalma prosesini sürətləndirir;

Hormonal balanslaşmanı təmin edir, klimaks zamanı arzuolunmaz simptomların qarşısını alır;

Pnevmaniya və digər ağciyər xəstəliklərini yüngülləşdirir;

Dərinin ümumi vəziyyətini yaxşılaşdırır, səpki və sızanaqları yox edir;

Ginekoloji xəstəliklər zamanı köməyə çatır;

Müxtəlif xəstəliklər zamanı nanənin tətbiqi:

Fərqli xəstəliklər və xoşagəlməz simptomlarla mübarizə aparmaq məqsədilə nanədən müəyyən vasitələr hazırlanır. Onlardan ən geniş yayılanları ilə tanış olaq.

Ürəkbulanma və qusma zamanı. Bu simptomları nanədən hazırlanan məhlul sayəsində aradan qaldırmaq mümkündür. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin və ağzını örtərək 20 dəqiqə dəmlənməsini gözləyin. Məhlulu ilıq halda gündə 3 dəfə için. Qeyd edim ki, məhlul mədə yanması və qıcıqlanması zamanı da köməyinizə çatacaq.

Əsəb gərginliyi zamanı. Stresslə mübarizə aparmaq, əsəb gərginliyini aradan qaldırmaq üçün də nanə məhlulu yetərlidir. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan soyuq suya qatın. Təxminən, 10 dəq vam odda qaynadın. Məhlul soyuyandan sonra yarpaqların dibə çökməyini gözləyin. Gündə 2 dəfə, hər dəfə də 50 ml olmaqla için. Bu məhlulun qəbulu depressiya əleyhinə müalicə kursu kimi də dəyərləndirilə bilər.

Bronxit zamanı. Bu xəstəlik zamanı efir yağı və ya nanə ilə edilən inqalyasiyanın köməyi böyükdür. Suyu qaynadın. Qaynar suya bir neçə damcı nanə efir yağı və ya 2 xörək qaşığı nanə yarpağı əlavə edin. Qarışımın bir az soyumasını gözləyin. Sonra buğunda nəfəs alın. Bunun üçün başınızı suyun üzərinə əyin və yun şalla, yaxud iri bir dəsmalla örtün. Ehtiyatlı olun ki, buxar tənəffüs yollarını yandırmasın. Burnunuzu suya çox da yaxın tutmayın.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması