Bunu Etsəniz Kapron Kalqotkalarınız Dözümlü Olacaq

Paylaş
6 İzlənmə
1 Ay Öncə

Reklamlarınızın kanalımızda yayımlanması üçün əlaqə 0507244388
- Facebook adresi: Tahire Elirzayeva - https://www.facebook.com/a
- İnstagram: Saglamliq_axtarisinda
https://www.instagram.com/saglamliq_axtarisinda/?hl=tr
Facebook səhifəmiz: Saqlamliq axtarisinda
https://www.facebook.com/SaqlamliqiniziQoruyun/

Meyvə-tərəvəzlərin, süd, ət məhsullarının təzə qalması üçün soyuduculardan istifadə edirik. Amma soyuducudan başqa məqsədlər üçün də istifadə olunur.

soyuducunun buzxanasından başqa məqsədlər üçün yararlanmağın yollarını təqdim edir:

Saqqız ləkələrini təmizləyir

Ayaqqabınıza saqqız yapışarsa, heç narahat olmayın. Saqqızı təmizləməyin asan bir yolu var. Saqqızın üzərinə bir kağız qoyun və ayaqqabınızı 2 saat buzxanada saxlayın. Beləcə, saqqız ayaqqabınızdan asanlıqla çıxacaq.

Corabların cırılmasının qarşısını alır

Nazik kapron corabların ən böyük problemi tez cırılmasıdır. Bu problemin olmaması üçün yeni aldığınız kapron corabları isladıb, suyunu sıxın və 12 saat boyunca buzxanada bir paketin içində saxlayın. 12 saatdan sonra otaq temperaturunda qurudun.

Ayaqqabı qoxularını aparır
Pis qoxu yayan ayaqqabılarınızı bir sellofan torbaya qoyub buzxanada saxladıqdan sonra, qoxunun getdiyini hiss edəcəksiniz.

Paltarların tiftiklənməsinin qarşısını alır
Toxunma, yun koftaların, jaketlərin, paltarların tiftiklənməməsi üçün bir gecə boyu sellofan torbaya qoyaraq buzxanada saxlayın.

Dodaq boyasını tündləşdirir
Dodaq boyasının rənginin daha kəskin və gözəçarpan olmasını istəyirsinizsə, mütləq buzxanada saxlayın. Beləliklə, pomadalarınız daha gözəl və təzə qalacaq.

Göz boyalarını kəskinləşdirir

Göz karandaşlarınızı istifadə etməzdən əvvəl 15 dəqiqə buzxanada saxlasanız, karandaşınızın daha kəskin rəng aldığını görəcəksiniz.

Şamların ömrünü uzadır

Şamları istifadə etməzdən qabaq dondurmaq onların ömrünü uzada bilir. Şamın yanma müddəti iki qat artır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması