VACİB! - Səhərlər bu qidaları yemək ömrü azaldır - Bəs nə yeyək?

Paylaş
2 İzlənmə
5 Gün Öncə

VACİB! - Səhərlər bu qidaları yemək ömrü azaldır - Bəs nə yeyək?

Uşaqlıqdan bizə öyrədiblər ki, səhər yeməyi qidalanmanın əsasını təşkil edir. Bu, həqiqətən də, belədir. Amma səhərlər nə yeyib-yeməmək ciddi məsələdir. Bəzi yeməklər var ki, onları səhərlər yemək, nəinki, fayda verməyəcək, gün ərzində bütün enerjinizi alacaq və əzaba çevriləcək. Bugünkü videoda mütəxəssislərin “səhərlər yeməyin” dediyi qidalarla tanış olacağıq...

1. Kolbasa-çörək. Bu səhər yeməyi ən pis variantlardan biridir. Orqanizmi böyük miqdarda yağ və kalori ilə təmin edir. Praktik olaraq, kolbasa-çörəkdə orqanizmə faydalı heç nə yoxdur. Əgər siz kolbasa-çörək yeməyə, sadəcə olaraq, vərdiş etmisinizsə, bu vərdişinizi tədricən dəyişməyə cəhd göstərin. Məsələn; ağ çörəkdən yox, qara çörəkdən istifadə edin. Kolbasa əvəzinə də çörəyin üstünə pendir qoyun...

2. Emal edilmiş ət məhsulları-kolbasalar, sosiskalar, bekon, paştetlər, hisə verilmiş ət məhsulları... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son beş ildəki hesabatlarından birində deyilirdi: “Emal edilmiş ətlə siqaretin orqanizmə vurduğu ziyanın miqdarı müqayisə edilib. Məlum olub ki, səhər yeyilən emal edilmiş ətin zərəri siqaretdən daha çoxdur.” Hesabatda emal edilmiş ət məhsullarının mədə-bağırsaq xərçənginə yoluxma riskini dəfələrlə artırması xəbərdarlığıyla yanaşı, ÜST-ün tövsiyəsi də yer alırdı. Mütəxəssislər gün ərzində qəbul edilən emal edilmiş ət məhsullarının miqdarının 50 qramı keçməməsini məsləhət görür. Əgər siz psoriaz, eczema (eqzema) kimi adını eşidəndə belə tüklərinizin ürpəndiyi dəri xəstəliklərinə tutulmaq istəmirsinizsə, səhər yeməyində emal edilmiş ət məhsulları yeməyin. Menyunuzu orqanizmə daha faydalı və daha zərərsiz məhsullarla zənginləşdirin.

3. Narıngi. Ac qarına narıngi qəbul etmək, yaxud şirəsini içmək qastrit və mədə xorası yaradar, həmçinin, allergiyaya səbəb ola bilər. Filmlərdə məhşurlar səhərlər narıngi şirəsi içir, bilirəm, amma onlar da çəkiliş öncəsi boş mədəyə mütləq nəsə atmalıdırlar ki, sağlam olsunlar. Özünüzü bu film ulduzlarına oxşatmaq istəsəniz, narıngi şirəsi doldurulan stəkana əlinizi uzatmamışdan qabaq bir kasa yulaf əzməsi yeməyi unutmayın.

4. Banan. Bananın səhər tezdən yeyilməsi ürək-damar xəstəliklərinin yaranma riskini dəfələrlə artırır. Çünki, tərkibində çoxlu maqnezium var. Acqarına banan yeyərkən orqanizmin kalsium-maqnezium balansı pozulur, bu da ürək-damar sisteminə ziyan vurur.

5. Çiy tərəvəz. Xiyar, kələm, bibər kimi tərəvəzlər tərkibindəki turşulara görə acqarına yeyilərkən mədənizi narahat edə bilər.Hətta, mədə xorası və qastrit yaradar. “Bəs, səhər nə yeyim?” –deyə düşünürsünüzsə, diqqətli olun: video hələ davam edir.
6. Soyuq içkilər. Belə içkiləri acqarına içmək orqanizmdə həzm prosesini çətinləşdirir. Səhər tezdən çalışın ki, isti nəsə içəsiniz. Məsələn; çay...
7. Şirniyyat. Yuxudan ayıldıqdan sonra hələ bir müddət keçməsi lazımdır ki, mədəaltı vəz fəaliyyətə başlasın. Bildiyiniz kimi, mədəaltı vəz xüsusi insulin ifraz edir ki, qandakı şəkər parçalansın. Onun səhər erkən hələ fəaliyyətə başlamaması səbəbilə, qəlyanaltıda yediyimiz şəkər birbaşa qana keçir. Yəni, qanda şəkərin miqdarı yüksəlir. Həmçinin, şəkərin turşu yaratmaq qabiliyyəti də var. Acqarına şirniyyat orqanizmin qələvi turşu balansını da pozur. Çalışın, acqarına şəkərdən az istifadə edin...
8. Kofe. Səhərlər acqarına bir fincan kofe içməyi sevənlər, bu vərdişlərini dəyişmək haqqında düşünsələr yaxşıdır. Kofe mədənin selikli qişasını qıcıqlandırır, bu isə mədə şirəsinin normadan artıq ifrazına səbəb olur. Əgər mədəniz boşdursa, nəticədə, qastritə gətirib çıxarır. Əvvəlcə nəsə yeyin, kofeni sonraya saxlayın.
9. Sarımsaq, konservlər, hisə verilmiş məhsullar. Səhər acqarına sarımsaq yemək mədə spazmlarına səbəb olur. Konservlər və hisə verilmiş məhsulları isə ümumiyyətlə, yeməmək lazımdır, nəinki qəlyanaltıda...

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması