Tez-tez tərləyən körpələr - Səbəbi nədir?

Paylaş
7 İzlənmə
1 Həftə Öncə

Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook: https://www.facebook.com/Dr-K%C9%99nan-Qarayev-Pediatr-928725953839787/
İnstaqram: dr.kenan_qarayev

Tərləmə orqanizmin normal funksiyalarındandır.Orqanizm öz normal istiliyini tərləyərək tarazlayır.İlk 1 ayda uşaqlarda tər vəziləri fəaliyyətini başlatmadığından tərləmə olmaz.Ona görə bu ayda uşaqlarda istilik tarazlığını saxlamaq çətin olur və kiçik səbəbdən uşağın hərarəti yüksələr və ya enər.Bu ayda uşağın bədən hərarətinə diqqət etmək lazımdır.Daha böyük uşaqlarda ətraf mühitin təsirindən bədən öz temperaturasını normal tutmaq üçün tərləmə üsulunu seçir Uşaqlarda tərləmənin əsas səbəbləri aşağıdakılardır:
-Çox isti otaq hava temperaturu
-Qalın və düzgün olmayan paltar geyindirmək
-İrsi olaraq çox tərləyən ana və ya atanın uşaqları
-Düzənli vit D profilaktikasını almayan(Kalsium deyil!!!)uşaqlarda Vit D çatmamazlığına bağlı olaraq
-Sadə səbəblərdən burun tıxanıqlığı-uşağın nəfəs almasında çətinlik yaratdığına görə çox tərləməsinə səbəb olur
-Uşağın əmərkən tərləməsi-güc sərf etdiyinə görə normal hesab edilir
-Yüksək hərarətli uşağın hərarətinin düşməsi mərhələsində çox tərləməsi
-Az rast gəlinən bəzi daha ciddi xəstəliklərdə çox tərləmə(Hodjkin xəstəliyi,Vərəm və bəzi digər onkoloji xəstəliklər)P.SBu xəstəliklər nadir səbəblərdəndir
Çox tərləmə uşaqlarda hər hansı xəstəliyə yol açmaz.Yalnız lokal olaraq tər səpgiləri,göbələk,bişməcə kimi problemlərə səbəb ola bilər.Tərləmənin qarsısını almaq üçün uşaqların olduğu havanın temperaturu optimal olmalı,uşaq çox geyindirilməməli, sərin baxılmalıdır.Minimum paltar,minimum otaq istiliyi,maximum sevgi-daha sağlam övlad yetişdirmənizə kömək edəcəkdir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun