İrandan RƏZİLLİK! Azərbaycanlılara övladlarına ana dilində ad qoymaq qadağan edildi!

Paylaş
4 İzlənmə
1 Həftə Öncə

2015-ci il iyunun sonlarında BBC Farscanın hazırladığı “Parqar” proqramı İrandakı etnik azərbaycanlıların özünüdərk hisslərinə həsr olunur. Veriliş youtub`a yerləşdirilir və sosil mediada qızğın mübahisələr başlayır. Səbəb isə olduqca sadə idi: verilişin qonaqları azərbaycanlıların ana dilində danışmaq haqqını müdafiə edirdilər.
Aparıcının “Traktor Sazi”nin oyunu zamanı stadionda səslənən “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!” şüarını qabartması da sosial şəbəkə istifadəçilərinin xoşuna gəlməmişdi. Təbii ki, İran rəsmilərinin də...

https://www.youtube.com/watch?v=XLwD_Ybfco4
Verilişin qonaqları Güneyli soydaşımız, psixoloq və milli fəal Simin Səbri, soydaşımız vəkil Saleh Kamrani və Orta Şərq tarixinin tədqiqatçısı Fərhəng Cahanpur idi. Azərbaycanlı kimliyini “külün altında bir od” adlandıran Simin Səbri ana dili məsələsinə də diqqət çəkir. Saleh Kamraninin dediyi bir cümlə isə məni günlərdir əməlli-başlı düşünməyə vadar edib. O, deyir: “...bu gün azərbaycanlılar öz uşaqlarına öz dillərinə və mədəniyyətlərinə uyğun ad vermək haqqına malik deyillər.”
Məhz buna görə də, bu ağrının ucundan tutub soydaşlarımızın İrandakı qarşılaşdığı məhdudiyyətlərlə bağlı video hazırlamaq qərarına gəldim. Araşdırdıqca da, rastıma çıxanların bir video ilə yekunlaşa bilməyəcəyini anladım. Xüsusilə, xanım Səbrinin müstəqil Azərbaycan Respublikasını misal çəkməsini, o anda söylədiyi sözləri əsas götürərək bu gün soydaşlarımızın ana dilində tədris uğrunda apardığı mübarizədən danışacağam. Özü də bizim müstəqilliyimizlə paralel dövrlərdə...
Xanım Səbri müstəqil Azərbaycanımızı misal çəkərək deyir: “ Baxmayaraq ki, çox gənc ölkədir, orada bəzi problemlər var, amma məsələ budur ki, o ölkədə insanlar üçün öz ana dilində təhsil almaq və milli dəyərlərini qorumaq şəraiti yaradılıb. Və bu İran Azərbaycanından gələn turistlərə imkan verir ki, görsünlər ki, konservatoriyaya getmək, Azərbaycan mədəniyyət mərkəzlərini görmək və orada təhsil almaq nə gözəl hissdir. Öz xalq musiqilərini eşitmək, İranda unudulan xalq musiqilərini Azərbaycanda eşitmək xoşdur...”

https://www.bbc.com/azeri/region/2015/08/150730_iran_azerbaijan_disco
Bu məqamda Təbrizin Xiyabani məhəlləsindəki bir məsciddə imam və vaiz olan, sonradan Güney Azərbaycanda və İran tarixində ilk dəfə Demokrat Firqəsini yaradan Şeyx Məhəmməd Xiyabaninin şüarını xatırlayıram: “Haqqı verməzlər, haqqı almaq lazımdır!”

https://az.wikipedia.org/wiki/Şeyx_Məhəmməd_Xiyabani

Və soydaşlarımızın öz ana dilində təhsil almaq haqqları uğrundakı mübarizəsini pillə-pillə öyrəndikcə, bu əzmin, bu mübarizliyin qarşısında sayğı duruşunda dayanmaq keçir ürəyimdən... Çünki İran hökumətinin etnik millətlərlə zorakı üsullarla mübarizə aparmasının tarixi dünən başlamayıb.
Uzun müddət İran ərazisində ərəb dili dini mühitdə və ali təhsil sistemində, fars dili ümumi təhsil sistemində və yazı prosesində, Azərbaycan türkcəsi isə şifahi formada sarayda və hərbi sahədə, eyni zamanda, ictimai həyatın hər anında işlənirdi.

https://525.az/news/5872-cenubi-azerbaycanlilarin-ana-dili-ugrunda-mubarizesine-bir-baxis

Ötən əsrin əvvəllərinə kimi İranda dil sahəsində ümumi vəziyyət məhz belə idi. İstisna kimi 1888-ci ildə Təbrizdə Azərbaycan dilində yeni tipli ibtidai məktəbin təsis edilməsini göstərə bilərik.
Bir də Mirzə Həsən Rüşdiyyənin 1893-cü ildə açdığı, ana dilinin tədrisinə əsas yer verdiyi “Rüşdiyyəye-Müzəffəriyyə”, el arasında “Rüşdiyyəye-Milli” adlanan məktəbi o dövr üçün dil uğrunda mübarizənin ilk cücərtiləri idi.

https://modern.az/az/news/211115/tarixde-iz-qoyanlar-tebrizde-ana-dilinde-ilk-mekteb-acan-muellim-sahin-tehrana-cagirdigi-azerbaycanli

Azərbaycan dilinin mətbuata daxil olması isə Məşrutə inqilabının adıyla bağlıdır. Amma bu da uzun sürmür. Belə ki, 1921-ci ildə Rza şah Pəhləvi tərəfindən İranda çevriliş olur. “Bir millət, bir dil” siyasəti bundan sonra tətbiq olunur. İran sərhədləri daxilində həm rəsmi, həm də ictimai həyatda türk dilində danışmaq, yazmaq qadağan olundu. Öz dilində danışana, danışmaq istəyənə isə aman yox idi. Şah kabineti öz dilini yaşatmaq uğrunda mübarizə aparmağa cəhd edənlərə qarşı olduqca amansız və qəddar davranırdı.

https://www.youtube.com/watch?v=BUrJm_Di48w

1979-cu ildə şah dövrünün sona çatması zahirən parııltılı görünsə də, daxilən heç nə dəyişmədi. Hakimiyyətə gələn islamçılar etnik millətlərə tətbiq edilən bütün qadağaların ləğv olunduğunu elan etdi. Amma məhdudlaşdırma siyasəti davam edirdi. Vəd edilən “dil haqqı”nın İran Konstitusiyasında öz yerini alması da heç nəyi dəyişmədi.
Bəli, İran İslam Respublikasının Konstitusiyasında fars dilinin rəsmi dövlət dili olduğu ilə yanaşı, mətbuatda, kütləvi informasiya vasitələrində etnik dillərdən istifadəyə, fars dili ilə yanaşı məktəblərdə etnik dillərdə ədəbiyyatın tədrisinə icazə verildiyi də yazılıb.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması