Bu 10 Qida Qaraciyərinizi MƏHV EDİR!

Paylaş
13 İzlənmə
2 Ay Öncə

#BirBax #Qaraciyər #sağlamlıq
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Qaraciyər qanı zərərli maddələrdən təmizləyən, bədənimiz üçün bəlkə də ən vacib orqandır. Məhz bu orqanın sağlamlığı isə birbaşa yediyimiz qidalarla bağlıdır. Bu gün Bir bax kanalında Qaraciyərə zərərli və ona çox faydalı olan qidaların siyahısını sizə təqdim edəcəm. Bu məsləhətlərə əməl etsəniz, həkim, dərman nədir bilməyəcəksiz. Diqqət ekrana.

Qaraciyər həzm sistemində açar rolunu oynayır. Daxili orqanlardan ən böyüyüdür. Mədə-bağırsaq traktatına daxil olan hər bir qida emal edilmək üçün ilkin mərhələdə qaraciyərə yollanır. Çeşidlənmə məhz burda baş verir. Qaraciyər qanın zənginləşməsinə xidmət edir, öd suyunu sintezləyir, bütün tip maddələr mübadiləsində iştirak edir, orqanizmi zərərli maddələrdən təmizləyir. Orqanın sağlamlığını qorumaq üçün balanslı qidalanma vacibdir.

Qaraciyərə zərər verən qidalar.

Turşular. Duzda və duzla zəngin qidalarda natriumun miqdarı yüksəkdir. Məsələn; 100 qram duzda 3 q natrium var. Yetkin bir insanın gündəlik natrium norması isə 2 q-dır. Artıq miqdardakı natriumun bədəndən atılmaması qaraciyərin işinə mane olur, orqanizmin su balansını dəyişir. Bundan sonra əlac qanı filtrləməyə qalır ki, qaraciyər təkrar normal iş rejiminə dönə bilsin.

Qızardılmış yeməklər. Yağda qızardılmış yeməklər sağlamlığa mənfi təsir göstərir. Ən çox da qaraciyər zərər çəkir. Kartof qızartması, burqerlər və digər yağda qızardılmış qidalar qaraciyərə yük salır. Həmçinin, yağ turşuları ilə həddən artıq zəngin olan bu qidalar mədə-bağırsaq traktatının fəaliyyətində qüsurlara da yol aça bilir.

Acı ədviyyatlar. Bu dadlandırıcıların tərkibi toksikdir. Qəbul edilən acı ədviyyatların emal edilməsi həddindən ziyadə öd suyu tələb edir. Qaraciyərin durmadan öd suyu ifraz etməyə məcbur edilməsi isə öd kisəsindəki daşlarla, yaxud orqanın özündə yağlanma ilə nəticələnir.

Qırmızı ət. Qaraciyərin qayğısına qalmaq üçün bacardıqca az miqdarda qırmızı ət yeyin. Tərkibindəki doymuş yağlarla öd kisəsinə zərər verən qırmızı ətin növbəti sıradan çıxardığı orqan qaraciyər olur. Bundan əlavə, bilmək lazımdır ki, zülal heç də orqanizm üçün həmişə faydalı olmur. Qədərindən artıq qəbul edilən zülal bütün orqanizmi yükləyir. Ən sağlam qaraciyər belə, artıq zülalları emal etməkdə çətinlik çəkir. Beləcə, qədərində faydalı olan zülal zərərli maddəyə çevrilir. Mütəxəssislər qırmızı ət əvəzinə ağ ət yeməyi məsləhət görür. Quş və balıq əti sağlam seçimdir.

Şirin qazlı içkilər. Bu cür içkilərin əksəriyyəti rafinə edilmiş şəkər və karbohidratla zəngindir. Bu da o deməkdir ki, qazlı şirin içkilər təkcə qaraciyərə deyil, ümumilikdə, bütün daxili orqanlara mənfi təsir edir. Həmçinin, bu içkilərin tərkibinə qarğıdalı siropu da qatılır. Sözügedən siropun çəkini artırdığı və qaraciyəri sıradan çıxardığı barədə isə dietoloqlar illərdir ki, həyəcan siqnalı çalır. Nadir hallarda şirin qazlı içkilər qaraciyərin yağlanmasına səbəb olmur. Məsələn; dietik sayılan soyuq içkilərdə həddindən artıq kimyəvi əlavələr var. Bu da onun dadını gözəl etməklə bərabər kalori dəyərini aşağı salır.

Yağlı yeməklər. Hər öynədə yağlı yemək daxili orqanları zədələyir. Xüsusilə də, bağırsaqlar və qaraciyər yağ qarşısında aciz qalır. Yağlı yeməklər qaraciyər toxumaların; zəiflədir. Bu da onların soyuqdəyməyə asanlıqla məruz qalmasına səbəb olur. Yağlı yeməklər qaraciyərdə sirroz və onkoloji xəstəlik də yarada bilir. Bu cür qidalar qanda pis xolesterolun səviyyəsini yüksəldir ki, bu da ürək-damar sistemində problemlərin yaranmasına stimul verir.

Konservləşdirilmiş meyvələr. Baxmayaraq ki, meyvələr orqanizm üçün çox faydalıdır, onları konserv halında yemək olmaz. Çünki konserv halındakı meyvələr orqanizmdə fruktozanın miqdarını artırır. Emalı üçün həddən artıq enerji tələb edən fruktoza get-gedə orqanizmi gücdən salır. Buna görə də, meyvələri yalnız təzə-təzə və xüsusi ölçüdə yemək məsləhətdir. Qaraciyəri yükləməmək üçün qanda şəkərin miqdarının qalxmamasına, digər daxili orqanların sağlam fəaliyyətinin normada qalmasına da diqqət etmək lazımdır.

Şirniyyatlar. Konfet, dondurma, tort və s... Bütün bunlar karbohidrat mənbəyidir. Əksəriyyətinin tərkibində rafinə edilmiş şəkər, qarğıdalı siropu, dadlandırıcılar və rəngləndiricilər, külli miqdarda qida əlavəsi var. Və siz bütün bunların qaraciyərə verəcəyi zərərlər haqqında düşünməyə vaxt ayırsanız, yaxşı olar. Karbohidratlar orqanizmi o qədər yükləyir ki, insan ac olub-olmadığını kəsdirə bilmir. Başqa sözlə, ac olduğunu hiss etsə də, heç nə yemək istəmir. Bu da orqanizmin lazımi qədər qidalanmamasına səbəb olur. Üstəlik, “elə-belə şeylər” sayılan şirniyyatlar zamanla artıq çəkiyə və qaraciyərin yağlanmasına gətirib çıxarır. Ona görə də, çalışın ki, şirniyyatları, hətta dondurmanı belə evdə təbii məhsullarla hazırlayasınız.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması