Sarıkök Maskası - Ən Yaxşı Resepti Budur

Paylaş
16 İzlənmə
2 Ay Öncə

#sarıkök #sağlamlıq #qadın
Sağlam Qadın kanalı "De Media MMC"-nin nəzdində fəaliyyət göstərir.
Əməkdaşlıq üçün əlaqə: 055-362-49-69

Sarıköklə üz maskaları dərini vitamin və minerallarla zənginləşdirməklə, onun yaşlanmasını gecikdirir. Qırışsız sağlam dəriyə malik olmaq istəyirsinizsə, bu reseptlərdən istifadə edin.DİQQƏT EKRANA.
Dəyərli izləyicilər, siz sağlam qadın kanalındasınız. Bu kimi videoların
Sarıköklə üz maskasına dair qaydalar
Sarıkökü nəm yerdə saxlamayın;
Maskanı hər dəfə yenidən hazırlayın. Köhnə maskanı dolab və ya soyuducuda saxlamaq və növbəti dəfə istifadə etmək olmaz;
İnqrediyentlərə qarşı allergiyanız varsa, həmin maskanı tətbiq etməyin;
Hansı məhsullara qarşı allergiyanızın olduğunu bilmirsinizsə ehtiyatı əldən verməyin. Maskanı üzünüzə yaxmazdan əvvəl onu bilək hissənizə sürtün. 10-15 dəqiqə gözləyin. Qaşınma, səpki, qızartı, göynəmə hissi müşahidə etmədikdə qarışığı üz dərinizə rahatlıqla çəkə bilərsiniz.
Süd və sarıköklə üz maskaları
2 xör. qaş. sarıkökü isti südlə qarışdırın. Qalın qat şəklində üzünüzə çəkib, quruyana qədər gözləyin. Vaxt başa çatdıqda dərinizi sərin su ilə yuyun. Bu maska üzdə ləkələrə qarşı tətbiq olunur.
Sarıkök və ballı üz maskaları
1 xör.qaş. bala 2 xör.qaş. sarıkök əlavə edin. Komponentləri qarışdırıb, üz dərinizə yaxın. Maska quruduqdan sonra onu soyuq su ilə yuyun. Yağlı dəridən əziyyət çəkən qadınlar arzu etdikləri effekti dərhal görəcəklər.
Qatıq və sarıköklə üz maskaları
Sızanaqlar üçün üz maskalarına aiddir. Bu məqsədlə 2 xör. qaş. sarıkök, ½ çay qaş. qatıq və bir qədər gül suyunu qatı konsistensiya alınana qədər qarışdırın. Üzünüzə çəkib, qurumasını gözləyin. Sonda maskanı sərin su ilə təmizləyin.
Limon və sarıköklə üz maskaları
1 x. q. sarıkökün üzərinə 2 ç.q. limon şirəsi və 2 ç.q. bal əlavə edib qarışdırın. Üz dərinizə sürtüb 20 dəqiqə gözləyin. Maska xırda qırışları açır, dəridəki iri məsamələri kiçildir.
Pomidor şirəsi və sarıköklə üz maskaları
1-2 xörək qaşığı sarıkökə 2 xörək qaşığı pomidor şirəsi əlavə edin. Qarışdırıb, üzünüzə çəkin. 20 dəqiqədən sonra sərin su ilə yuyun. Hər iki inqrediyent ağardıcı xüsusiyyətə malikdir. Hiperpiqmentasiyalı dərisi olan qadınlar üçün nəzərdə tutulmuşdur.
Xiyar və sarıkökdən hazırlanan maska
5 xörək qaşığı xiyar şirəsinin üzərinə 1 xörək qaşığı sarıkök, eyni miqdarda aloe və limon şirəsi tökün. Bütün komponentləri həmcins kütlə alınana qədər qarışdırın. Maskanı üzünüzə çəkib, qurumasını gözləyin.
Sandal ağacı və sarıköklə üz maskaları
Eyni miqdarda sarıkök və sandal ağacı tozunu qarışdırıb, üzərinə bir qədər su əlavə edin. Qarışıq qatı olmalıdır. Onu üzdə 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Maska dərini təravətləndirir və cavanlaşdırır.
Xülasə
Sarıköklə üz maskaları dərinizi təravətləndirməklə yanaşı, həm də arzuolunmaz ləkələrdən azad edəcəkdir. Bu reseptləri düzgün istifadə etdikdə mütləq faydasını görəcəksiniz.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması